Yuxarı

Elçibəy: Türkiyə bizə yardım etmədi - Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçibəy: Türkiyə bizə yardım etmədi - Video

"Çox təəssüf ki, mən Türkiyədə yaxşı dərk edilmədim".

"Axar.az" xəbər verir ki, bu sözlər eks-prezident Əbülfəz Elçibəyin yeni yayılmış videosunda səslənir.

TGRT telekanalına verilən intervüdə Elçibəy Azərbaycanın Türkiyəyə 200 milyon dollar üçün etdiyi müraciətdən yararlana bilmədiyini qeyd edir:

"Mən Türkiyədən vallah bir şey gözləmirəm. Türkiyənin özünün çıxarları çoxdur. Amma Türkiyədən bir şey istədim. 200 milyon dollar kredit. O krediti yubatdılar. Əgər o vaxtında verilsəydi, çox şey edərdim. Gücümüz çatmadı. Mən istəmirdim başqa ölkədən pul götürüm. Çox təəssüf ki, mən Türkiyədə yaxşı dərk edilmədim".

Süjetdə həmçinin Hasan Cəlal Gözəlin də etirafları yer alır. O, Türkiyənin Azərbaycanı öz əlləri ilə ruslara verdiyini etiraf edir:

"Məncə, Elçibəyə heç kömək etmədik. Elçibəy xalq qəhrəmanı idi. O, Türkiyə Cümhuriyyətinin ən yaxın dostuydu. Heç kömək etməyib onu taleyi ilə baş-başa buraxdıq. Azərbaycanı öz əllərimizlə ruslara verdik".

Tarix
2014.04.11 / 17:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla