Yuxarı

Dəhşət: Əməkdaşımız böyrək almağa getdi və... – Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşət: Əməkdaşımız böyrək almağa getdi və... – Axar TV

Son zamanlar Azərbaycan internet məkanında orqan satılması və alınması haqqında elanlara tez-tez rast gəlinir. Birja saytlarında, sosial şəbəkələrdə artıq ev, avtomobil və sairlə yanaşı insan orqanları da satışa çıxarılıb.

Axar.az olaraq internetdə bu tipli elanlar verənlərin kimliyini və məqsədlərini araşdırmağa çalışdıq. İnternetdə qısa bir axtarışdan sonra onlarla "böyrək satıram", "qaraciyər satıram", "böyrək alıram" başlıqlı elanlara rast gəldik. Əksər elanların altında "təcili pula ehtiyacım var" tipli cümlələr yazılıb. Orqan alış-verişi ilə məşğul olanların Feysbuk sosial şəbəkəsində "təcili böyrək lazımdır" adlı səhifəsində də onlarla bu cür elan yer alır. Buradakı əlaqə nömrələrindən birinə müştəri adıyla zəng edirik.

Hüseyn Məmmədov adlı şəxslə onun böyrəyini 10.000 manata alacağımızı razılaşdırıb və görüş üçün vaxt təyin edirik. Görüş zamanı ona jurnalist olduğumuzu açıqlayırıq, problemini işıqlandırmaqla kömək edəcəyimizə söz verib çəkiliş üçün razılıq alırıq. Və növbəti gün Hüseynin evindəyik.

Çox kiçik və şəraitsiz evdə kirayə yaşayan bu ailəni Hüseyn çörək zavodundan aldığı cüzi əməkhaqqı ilə dolandırır. Böyrəyini satmaq istəməsinin səbəbinə gəlincə, Hüseyn iş qurmaq üçün bankdan kredit götürüb və ancaq işləri düz gətirməyib. Çarəsiz qaldığından həmin borcu qaytarmaq üçün ya böyrəyini, ya da qara ciyərini satmaq qərarına gəlib. Xanımı Dilbər İdrakova isə yoldaşının öz orqanlarını satmaq üçün müştərilərlə görüşə getməsini eşidəndə keçirdiyi hisslərdən danışır... video Hüseyn deyir ki, özüm işləyib gündəlik çörəkpulumu qazanıram. Ancaq banka olan kredit borcumu ödəmək üçün xeyirxah insanlardan maddi kömək istəyirəm, aldığım borcu hissə-hissə o insana qaytararam. Hüseyn də hamı kimi sağlam yaşamaq istəyir, böyrəyini satdıqdan sonra tək böyrəklə necə əziyyət çəkəcəyini də bilir.

Tarix
2014.05.25 / 13:30
Müəllif
Məğrur Salmanov
Digər xəbərlər

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla