Yuxarı

Tanınmış jurnalistin evində həyəcanlı anlar – Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış jurnalistin evində həyəcanlı anlar – Video

Dünən məşhur foto-reportyor Abbas Atilayın evində həyəcanlı anlar yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə fotoqraf özü Feysbuk sosial şəbəkəsindəki şəxsi hesabında məlumat yayıb.

Fotoqrafın böyük oğlu Kərim bibisi çölə çıxarkən evlərinin qapısını içəridən bağlayıb. İçəridə özündən balaca qardaşı ilə qalan Kərim qapını aça bilməyib, çöldən də qapının açılmadığını görən ailə FHN-nə müraciət etmək məcburiyyətində qalıb. Bir müddət sonra hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri evə daxil olaraq uşaqları xilas ediblər.

Abbas Atilayın statusunu təqdim edirik: "Dünən yaşadığımız daha bir stressli gün: Kərim bibisi blokda olan vaxt qapını bağlayıb Erkinlə evdə tək qalmışdılar. Qapını aça bilmirdi. FHN əməkdaşları yuxarı mərtəbədən 10-a enərək qapını açdılar. Erkin 8 aylıq olduğundan, pəncərələrin açıq olmasından xüsusilə narahatçılıq yaşadıq. FHN əməkdaşları çox mehriban və professional münasibət göstərdi. Sonda "hörmət" də etmək istədim, qoymadılar".

Tarix
2014.06.09 / 12:45
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla