Yuxarı

Binəqədidə ağacları kəsib çayxana tikirlər – Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binəqədidə ağacları kəsib çayxana tikirlər – Axar TV

Binəqədi rayonunun ərazisində 25-dək ağacı kəsməyə hazırlaşırlar. Ağacların kəsildiyi yerdə ictimai iaşə obyekti tikilməsi planlaşdırılır.

Axar.az xəbər verir ki, bu gün bir qrup Binəqədi rayon sakini binalarının həyətində olan ağacların kəsilməsinə etiraz ediblər. S.S.Axundov-2 ünvanının sakinləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ədliyyə Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin qəbul etdiyi müvafiq sənədlərdə həmin torpaqdan iaşə obyekti kimi istifadənin qeyri-mümkünlüyü haqda qərarın olduğunu bildirirlər.

Sakinlər illərdir ki, burada yaşadıqlarını və bu ərazidə uşaqların oynadığını deyirlər. Bundan əlavə, yeni tikiləcək iaşə obyektinin yaxınlığında uşaq bağçası fəaliyyət göstərir.

Bina sakinlərinin etirazını obyektin sahibi Eyvaz (soyadını öyrənə bilmədik) qəbul etmir:

"Mənim 8-ci mikrorayon, Heydər Hüseynov küçəsi, 11 a ünvanında olan 177 kv/m-lik obyektim sökülüb. Buna kompensasiya olaraq Binəqədi Rayon İcra Hakimiyyəti bu 142 kv/m-lik torpaq sahəsini mənə verib. Onlar mənə hansı ərazini göstərsəydilər, həmin yerdə də tikinti işlərimi aparacaqdım".

Mövcud ərazinin 3 ay öncə ona verildiyini deyən sahibkar sakinlərin bu müddətdə həmin torpaqda bilərəkdən ağac əkdiklərini deyir.

Ətraflı süjetdə:

Tarix
2014.07.03 / 08:30
Müəllif
İsmi, İlham
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla