Yuxarı

Ağdamın işğalından 21 il ötür - Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamın işğalından 21 il ötür - Axar TV

Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 21 il ötür.

1993–cü ildə Ağdama edilən son hücumda 6 min nəfər erməni əsgəri iştirak edib. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də olub. Ağdam uğrunda gedən döyüşlərin birində erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürülüb.

Qarabağ müharibəsi zamanı Ağdamın müdafiəsini "Frеd" ləqəbli Asif Məhərrəmovun özünümüdafiə batalyonları aparırdı. İyulun 22 və 23-də düşmənlə döyüşlər gedir. Lakin kömək gəlmədiyi üçün onlar gеri çəkilirlər. Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilir.

Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 846 kv km-i, 1 şəhər və 80 kəndi işğal olunub. Azərbaycanın nəzarətində olan 247 kvadrat kilometr ərazidə 60 min Ağdam sakini məskunlaşıb. İşğal nəticəsində 100 min insan ölkənin 59 rayonunda məcburi köçkün həyatı yaşayır.

Ermənistan Silahlı qüvvələrinin Ağdam rayonunun işğalı nəticəsində Azərbaycana 6 milyard 179 milyon dollar məbləğində ziyan dəyib.

Daha ətraflı Axar Tv-nin süjetində:

Tarix
2014.07.23 / 17:25
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla