Tanınmış ukraynalı yazıçı və politoloq Leonid Pilunski
Rusiya, Ukrayna, Qazaxıstan və Belarus prezidentlərin Minsk görüşü
barədə Axar TV–nin suallarını cavablandırıb. Müəyyən ixtisarlarla
həmin müsahibəni təqdim edirik. Pilunski bildirib ki, sözügedən
görüşdən hər hansı nəticə gözləməyə dəyməzdi:
"Bu görüş Nazarbayev və Lukaşenkonun legetimliyinə xidmət etdi.
Mənim üçün müsbət məqam isə prezidentimiz Poroşenkonun mətin və
qərarlı mövqedə olması idi. Putinə gəlincə, onsuz da görüş ərəfəsi
Rusiya yenə Ukraynaya qarşı hərbi aqressiyasını davam etdirdi,
vertolyotlardan istifadə olundu, qətllər törədildi. Belə olan
təqdirdə, hansı müsbət irəliləyişə ümid etmək olardı? Yerinə
yetirilməyən, əməl olunmayan vədləri çox görmüşük. Boş-boş sözlərlə
qarşıdurmaların ardan qaldırılması mümkünsüzdür".
Ukraynalı poitoloq hələ də sonu görünməyən bu münaqişənin
həllinin yollarına da aydınlıq gətirib:
"Hansı ölkə də olmasa, Azərbaycan, sizlər münaqişənin nə
olduğunu gözəl bilirsiniz. İllərdir davamedən Dağlıq Qarabağ
münaqişəsinin dondurulmuş vəziyyətdə qalmasında maraqlı ölkə də
məhz Rusiyadır. Bizdə də vəziyyət eynidir - Moskva Ukraynanın
şərqində gərginliyi ona görə yaradıb ki, istədiyi vaxt Kiyevə təsir
göstərə bilsin".
Pilunski nəticəsi əvvəlcədən bəlli olan görüşə getməyin vacib
olub-olmaması məqamına da toxunub:
"Əminliklə vurğulmaq istəyirəm ki, Poroşenko bu görüşə
beynəlxalq qaydaları nəzərə alaraq gedib. Yəni, Minsk görüşünə
getməsydi, dərhal rəy yardacaqdılar ki, o, sülhün, münaqişənin
danışıqlar yolu ilə həllində maraqlı deyil. Biz getdik, sözümüzü də
dedik və əlavə etdik ki, Rusiya, bu müharibəni sizlər başlamısınız,
Moskva da məsələyə son qoymalıdır. Yetər separatçıları silahla
təchiz etməkdən. Ukrayna daha nələri qurban verməlidir?".
Məlumdur ki, Ukraynanın şərqində qarşıdurmalar hələ də davam
etməkdədir və problemin həlli boyük çətinliklər yaradıb. Pilunski
yaranmış vəziyyəti belə şərh edib:
"Rusiya neft və qazdan gələn pulların hesabına böyük ordu
saxlayır. Amma baxın, görün nələr baş verdi? Rusiyanın işğalı
Ukrayna cəmiyyətini daha da birləşdirdi, möhkəmləndirdi. Şəhər və
qəsəbələrdəki əhalimizə baxın, insanlarımız köhnə silahları, ağır
texnikanı təmir edir ki, ordumuza kömək etsinlər.Mən Amerika və
digər ölkələrin media qurumlarına müsahibələrimdə həmişə demişəm
ki, heç vaxt ukraynlılar ruslara qarşı pis münasibətdə olmayıb.
Əksinə, qarşı tərəf, Rusiya jurnalistləri bizlərə qarşı çirkin
kampaniya aparır.Hazırda üzərimizə böyük vəzifə düşür- biz Kremldə
əyləşən və müəyyən ideyaları sırıyan şəxslərlə əsl ruslar arsında
doğru xətti tapmalıyıq, onlarla təmasda olmalıyıq. Baxın, onların
jurnalistlərinə - Darenko, Duqin kimi şəxslər, çəkinmədən
ukraynalıları öldürməyə çağırırlar".
Qeyd edək ki, Pilunski bəzi şəxslərin Ukraynaya, sadə
ukraynlılara qarşı bu cür nifrətinə aydınlıq gətirib. O, əlavə edib
ki, bu hisslər tarixdən qaynaqlanır və məslənin kökündə bir həsəd
durur. Onun sözlərinə görə, Rusiya ilə müqayisədə Ukrayna daha
qədimdir və geniş tarixi ənənələrə malikdir.
Müsahibimiz Ukrayna cəmiyyətindəki ruh yüksəkliyinə də aydınlıq
gətirib:
"Təsəvvür etdiyinizdən də artıq ruh yüksəkliyi var hazırda. Bir
məqamı diqqətinizə çatdırmaq istərdim- Dağlıq Qarabağ
münqaşişəsinin getdiyi ilk illərdə dəfələrlə Azərbcaycanda oldum,
Helsinki Assambleyasının iclası Bakıda keçirilirdi. Yadımdadır, hər
gün atışma, ölüm halları, narazılıqlar və çətin şərait… Bu gün isə
Bakıdan qayıdan krım tatar dostumla danışdım və o mənə Azərbyacanın
sürətlə inkişaf etdiyini, münqişə fonunda azərbaycanlıların
birləşdiyini, vahid bir yumruq olduqlarını dedi. Buna çox sevindim.
Ukraynlılar da hazırda həmin mərhələni yaşayırlar".
Pilunski sonda doğulduğu Krımın hazırkı durumuna və yaxın, dost
münasibətdə olduğu krım tatarları liderlərinin taleyinə də aydınlıq
gətirib. O, Mustafa Cəmilov, Refat Çebarov və digər aydınlara qarşı
təqibləri ədalətsiz sayıb. Krıma gəlincə, o, işsizliyin baş
aldığını, sosial, iqtisadi vəziyyətin gərgin duruma gəldiyini dilə
gətirib.
Ətraflı Axar TV-də: