Yuxarı

Ermənilərin kabusu olan Milli Qəhrəman – Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin kabusu olan Milli Qəhrəman – Axar TV

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin vətəninə qaytarılmasının 4-cü ili tamam olur. 2010-cu il noyabrın 6-da Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə nəşi vətənə qaytarılan Milli Qəhrəman Mübariz İbrahimov uğrunda canından keçdiyi torpağa tapşırıldı.

Hazırda milli qürur yerinə çevrilən Mübariz kimdir?

O, 1988-ci il fevralın 5-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Uşaqlıqdan sakit təbiətə malik olan Mübariz gələcəkdə Azərbaycan tarixinə adının qızıl hərflərlə yazılacağından xəbərsiz idi.

Mübariz 2005-ci ildə həqiqi hərbi xidmətə çağrılır. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirir. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışır. Amma sonradan bir zamanlar onun üçün doğma olan sahəyə qayıdır. 2009-cu ilin avqust ayında yenidən hərbi xidmətə geri dönmək üçün ərizə yazır. Bu dəfə isə orduya başqa rütbə ilə getməli olur. Mübariz tezliklə gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayır. Lakin İbrahimovun vətəni qarşısında nə isə bir şey etmək cəhdi onun arxa cəbhədə çalışmasına maneçilik yaradır. O, artıq irəliyə düşmənlə göz-gözə gələcəyi məntəqəyə can atır. Bunu isə qısa müddət ərzində bacarır. Artıq özündən yuxarı dairələrə yazdığı məktuba cavab gəlmişdi. Tezliklə cəbhə xətti özünün daxilində cəsarət eşqinin alovlandığı aslanını öz səngərinə qəbul edir. Və İbrahimov arzusuna çatır.

Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:

Tarix
2014.11.06 / 09:15
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla