Yuxarı

Dünya liderlərinin düşdüyü 7 axmaq vəziyyət – Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya liderlərinin düşdüyü 7 axmaq vəziyyət – Video

Böyük siyasət - məkrli və amansız bir şeydir. Amma dünyanın taleyini bəlli edən bu şəxslər bəzən özlərinin də xəbərləri olmadan axmaq vəziyyətə düşürlər. Bunların sırasında indiyə qədər hər kəsin tanıdığı hegemon dövlətlərin liderləri yer alıb.

Axar.az həmin video-durumları təqdim edir

1. Corc Buş və Anqela Merkel

2006-cı ildə Sankt-Peterburqda keçirilən "Böyük Səkkizlik" növbəti sammitini keçirir. İraq və Əfqanıstandakı qətllərin baiskarı kimi ad qazanan Corc Buş özünün addımı ilə şimal paytaxtında axmaq vəziyyətə düşür. O, qəfildən masa ətrafında əyləşən Almaniya kansleri Anqela Merkelin çiyinlərindən yapışır. Corc Buşdan belə bir hərəkəti gözləməyən Merkel anidən yöndəmsiz jestə əl atır.

2. Nikola Sarkozi

"Böyük Səkkizlik" fəlakəti Fransa Prezidenti Nikola Sarkozidən də yan keçmir. Özünün şəxsi həyatı maqazin jurnallarının qəhrəmanı olan lider 2007-ci ildə G8 sammiti zamanı keçiriləcək mətbuat konfransına gecikir. Fransız lider bu gecikməyə əsas bəhanə kimi Vladimir Putini göstərir. Lakin tezliklə halındakı qəribəlik, yersiz öz-özünə gülümsəməsi və yerində səndələmələri Sarkozinin sərxoş olduğunu üzə çıxarır. Sərxoş başla auditoriyaya müraciət edən Sarkozi jurnalistlərə "Nəyə üstünlük verirsiz? Suallara cavab verimmi?" deməklə özünü gülünc vəziyyətə salır.

3. Boris Yeltsin

"Dünya siyasətində ən çox gülməli vəziyyətlərə düşən şəxs kimdir" sualının isə Rusiya Federasiyasının birinci Prezidenti Boris Yeltsindir. Özünün fəaliyyəti dövründə gülməli hərəkətləri ilə o daima maqazin jurnallarının ilk səhifələrində özünə yer etməyi bacarıb. Xarici həmkarları onun hərəkətlərini birmənalı qarşılamasalar da, Kremlin siması konfranslarda bu addımlarına ara vermirdi.

4. Bill Klinton

Saksafon çalmağı ilə məşhur olan ABŞ Prezidenti Bill Klinton isə bəzən ölkəni idarə etməyin yorucu və darıxdırıcı olduğunu hərəkətlərində büruzə verirdi. Supergücü idarə edən Bill Klinton axmaq vəziyyətə Martin Luter Kinq günündə düşür. Özünü ələ ala bilməyən prezident tədbirin ortasındaca yuxuya gedir və tezliklə bütün kameraların hədəfinə gəlir.

5. Ata Buş

Bəzən orqanizm ölkənin birinci şəxslərini ələ verir. Məsələn, 1992-ci ildə Səddam Hüseynin qorxunc kabusu olan Ata Buş nahar zamanı Yaponiyanın Baş naziri Kiiçi Miyadzavunun üstünə qaytarır. Bundan sonra isə ölkənin lideri huşunu itirərək Baş nazirin üstünə yıxılır. Bunu görən həyat yoldaşı Barbara Buş, gözətçilər və hətta Məxfi Xidmət agentləri belə özlərini prezidentə yetirirlər.

6. Cerald Ford

Özünü axmaq vəziyyətə qoyan növbəti şəxs isə yenə ABŞ lideridir. 38-ci prezident olan Cerald Ford 1975-ci ildə Avstriyaya səfər edir. Təyyarədən enən Ağ Ev sahibinin ayağı anidən sürüşür və yıxılır. Lakin bu bədbəxtlik bununla yekunlaşmır. Təxminən eyni vəziyyət az sonra Fordun öz vətənində - Miçiqanda baş verir. Bu dəfə isə hər şey əksinə baş verir. Amerika lideri təyyarəyə minərkən ayağı ilişib yıxılır.

7. Silvio Berluskoni

Özünün intim həyatı ilə ad qazanmış İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni də gülünc vəziyyətə düşməkdən yayına bilməyib. ABŞ-da ilk qaradərili Prezident Barak Obama seçiləndə Berluskoni Moskvaya səfər edir. Bu zaman jurnalistlər ona Obama ilə bağlı sual ünvanlayır. Baş nazir isə onu "yaraşıqlı, cavan və günəşlənmiş" ifadəsini işlədərək təsvir edir. Lakin Berluskoni bu ifadə ilə kifayətlənmir. İşlətdiyi kəlmədən xoşu gəldiyinə görə siyasətçi Moskva səfərindən sonra da bu ifadəni təkrar edir.

Tarix
2014.11.15 / 11:28
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Mustafayevin erməni sinif yoldaşı: Şahinin əsl adı... - Video

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

Məmdaninin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi - Video

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla