Yuxarı

Rus dili Qarabağı necə qaytara bilər?..

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda 90 min şagird rus dilində təhsil alır”. Niyə? Hansı səbəblərdən? Bunu necə arqumentləşdirmək olar? Dövlət dilimiz Azərbaycan dilidir. Bu Konstitusiyanın tələbidir və istər təhsil, istərsə də digər istiqamətlərdə həyata keçirilən siyasət ana qanunumuzun tələbinə uyğunlaşdırılmalıdır.

Bilirəm, indi bəziləri deyəcək ki, “rus dilində təhsil daha keyfiyyətlidir...” O üzdən cavabını gecikdirməyim: Lütfən, buyurun Azərbaycan dilində təhsili daha keyfiyyətli edin. Buna kim mane olur?

Bir başqaları da Azərbaycanda rus dilində təhsilin yayğın olmasını Azərbaycan-Rusiya münasibətləri ilə əlaqələndirəcək, bunun Rusiyanın ictimai rəyinə təsir göstərmək üçün vacib olduğunu deyəcəklər. Yəni rus dilinə olan münasibət Rusiyanın ictimai rəyinə təsir göstərəcək, “ictimai rəy” isə öz növbəsində Rusiyanın dövlət siyasətinə... Və dövlət siyasətini yürüdənlər günün birində Ermənistanı himayə etməkdən əl çəkəcəklər...

Əvvəla onu qeyd edim ki, Rusiyada ictimai rəy deyilən bir anlayış yoxdur, olsa da, dövlət siyasətinə təsir etmək gücündə deyil. Yəni əgər biz proseslərin arzularımızın ssenarisi üzrə inkişafını istəyiriksə, o zaman ilk növbədə Rusiyanın ictimai rəyini formalaşdırmalıyıq və oturub gözləməliyik ki, bu “ictimai rəy” nə zaman dövlət siyasətinə təsir etmək gücünə sahiblənəcək...

Digər tərəfdən, Rusiyada dövlət maraqları hər zaman bütün digər amillərdən öndə dayanıb və bu reallıq rus insanının genetik yaddaşında oturuşduğu üçün heç zaman dəyişməyəcək.

Ona qalarsa, rəsmi statistikaya görə, Ermənistanda cəmi 6 rus məktəbi fəaliyyət göstərir və bu məktəblərdə təhsil alan şagirdlərin sayı heç 2 min nəfərə çatmır. Vladimir Jirinovski isə hələ 2015-ci ildə verdiyi açıqlamalardan birində deyir ki, ermənilər yalan danışırlar, Ermənistanda ümumiyyətlə rus məktəbi yoxdur. Amma gördüyümüz kimi, Ermənistanda rus dilinə olan münasibət Rusiyanın Ermənistana olan münasibətinə təsir göstərməyib.

Başqalarını bilmirəm, amma mən Azərbaycanda rus dilində təhsil almaq istəyənlərin sayı ən azı 90 nəfərə çatanda daha çox sevinəcəyəm.

Bununla yanaşı, rus dilinin və digər xarici dillərin yüksək səviyyədə tədris olunmasının, Azərbaycan gənclərinin bir neçə xarici dil bilməsinin tərəfdarı olduğumu xüsusi vurğulamaq istəyirəm. Mənə elə gəlir ki, rus dilində təhsil alanların statistikasını diqqətdə saxlamaqdansa, xarici dillərin tədrisi üçün xüsusi proqramların hazırlanmasına, xarici dil öyrənilməsinin hər kəs üçün əlçatan olmasına çalışmalıyıq.

Şübhəsiz ki, bütün bunlar mənim subyektiv mülahizələrimdir. Bu sahədə mütəxəssis deyiləm. Amma bir vətəndaş kimi mövqeyimi ifadə etməyi lazım bildim.

Tarix
2016.11.29 / 08:00
Müəllif
Elçin Mirzəbəyli
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı casus şəbəkəsi...

Kremlin səhvi: cəzasını İrəvan çəkəcək

İrəvan ordumuzun önünə canlı meyitlərlə çıxır - Video

Şərəfi olan heç bir siyasətçi bunu etməzdi

İrəvan torpaqları qaytarmağa hazır olub: Babayanın etirafı...

III Dünya müharibəsinə hazır idilər, ancaq...

Vətəni az qala yaddan çıxarmışdılar, indi isə...

Qüdrət Həsənquliyevin 55 yaşına sözardı

Bu məmurlar ağlasığmaz yollara əl atır

Dostların xilası üçün əlindəki qumbaranı partlatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla