Yuxarı

Dostların xilası üçün əlindəki qumbaranı partlatdı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aynur Camalqızı həmkarlarına, o cümlədən mənə müraciət edərək 20 Yanvarla bağlı xatirələrimizi yazmağımızı istəmişdi. 20 Yanvarla bağlı çox yazmışam. Bu yazıların süjet xəttini əsasən şahidi olduğum hadisələr təşkil edib. Amma bu günə qədər yazmadığım və haqqında 29 ilə yaxındır ki, danışmadığım bir hadisə də var. Həm də mənimlə bağlı olduğu üçün bu barədə yazmaq istəmirdim. Amma düşünürəm ki, yazmasam o hadisənin digər iştirakçılarına qarşı haqsızlıq etmiş olaram...

Yanvarın 19-dan 20-ə keçən gecə və yanvarın 20-də, səhər saat 6-da şahidlik etdiyim qanlı hadisələr məni elə sarsıtmışdı ki, günün sonuna yaxın bir küncə çəkilib yazmağa başladım. Bir neçə bəndlik şeir yazacağımı düşünürdüm, amma nəticədə poema alındı...

Yanvarın sonuna yaxın tələbə və hərəkat yoldaşlarımla birlikdə bu poemanı səhnələşdirmək qərarına gəldik. Bütün qadağalara və universitetdən qovulmağımız üçün bəhanə axtarıldığına baxmayaraq, fövqəladə vəziyyət rejimində məşqlərə davam edirdik. Fasiləsiz məşçqlərdən sonra tamaşanı ilk dəfə Dövlət Konservatoriyasında nümayiş etdirdik. Rejim qulluqçuları imperiyanın iç üzünü açan hər kəlmədən sonra cəhənnəmə gedib qayıdırdılar. Yüzlərlə insan tamaşanı ayaq üstə izləyir, hər sözə reaksiya verir, şər imperiyasına, onun cinayətkar ordusuna lənət oxuyur, Azərbaycanın istiqlalını tələb edirdilər. Tamaşanı Bakı Dövlət İnversitetində nümayiş etdirdiyimiz gün isə tamamilə fərqli bir atmosfer vardı... Tamaşa salonundan kənarda əli silahlı əsgərlər, içəridə isə yalın əllə bizi müdafiə edən, qoruyan qardaş və bacılarımız... Bizi Bakı Dövlət Universitetinə Qorxmaz İbrahimli dəvət etmişdi. Təşkilatçılarla bağlı mənə və əziz həmkarlarıma bəlli olmayan məqamları şübhəsiz ki, o daha yaxşı bilir.

Tamaşaçı sayının nə qədər olduğunu unutmuşam. Çünki indi də təxminən 300 nəfərin sığışa biləcəyi bir salona bu qədər insanın necə sığışdığını təsəvvür edə bilmirəm... Tamaşada işıq effektləri ilə bağlı bizim “tapança” adlandırdığımız işığa ehtiyac vardı. Bakı Dövlət Universitetində olmadığı üçün özümüzlə gətirmişdik. İşığı quraşdırmağa imkan olmadı... Tələbə yoldaşımız, can dostumuz Vaqif Əhmədov işığı əlləriylə yönəldəcəyini dedi... Tamaşa başa çatdıqdan sonra Vaqifin hər iki əlinin yandığını gördük. Əlləri yansa da işığı buraxmamışdı... Vaqif sonralar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid oldu. Dostlarını xilas etmək üçün əlindəki qumbaranı və işğalçı ordunun qaniçən əsgərlərini partlatdı...

29 il öncə mənimlə bir yerdə həyatlarını, gələcəklərini təhlükəyə atan əziz dostlarıma minnətdarlıq borcum var. Dostlar, fədakarlığınızı unutmamışam!

Var olun!

Tarix
2019.01.20 / 13:22
Müəllif
Elçin Mirzəbəyli
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı casus şəbəkəsi...

Kremlin səhvi: cəzasını İrəvan çəkəcək

İrəvan ordumuzun önünə canlı meyitlərlə çıxır - Video

Şərəfi olan heç bir siyasətçi bunu etməzdi

İrəvan torpaqları qaytarmağa hazır olub: Babayanın etirafı...

III Dünya müharibəsinə hazır idilər, ancaq...

Vətəni az qala yaddan çıxarmışdılar, indi isə...

Qüdrət Həsənquliyevin 55 yaşına sözardı

Bu məmurlar ağlasığmaz yollara əl atır

Gəncə olayının kökü: 2013, Milli Şura...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla