Yuxarı

Alma sirkəsi şəkər xəstələrini sağaldır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alma sirkəsi şəkər xəstələrini sağaldır?

Elmi sübutlar göstərir ki, alma sirkəsi qan şəkəri səviyyəsi üçün faydalı ola bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, tədqiqatçılar 15 sağlam insanı altı sınaq yeməyinə məruz qoyublar.

Təsadüfi olaraq təyin olunmuş yeməklər zeytun yağı, sirkə, yaxud zeytun yağı, sirkə və çörək sodası çilənmiş 100 qram doğranmış salatdan ibarət olub. Üç halda, sınaq yeməklərindən sonra 50 qram ağ çörək (qan şəkərində kəskin bir artıma səbəb olub) verilib. Qan şəkəri (qlükoza) səviyyələri yeməkdən əvvəl və yeməkdən 95 dəqiqə sonra ölçülüb.

Tədqiqatçılar qeyd ediblər ki, sirkə qəbulu ilə qlükoza reaksiyaları 31,4% azalıb.

Bu tədqiqatın məhdudiyyətləri var. Birincisi, nümunənin ölçüsü kiçikdir, buna görə də nəticələr daha geniş kütləyə şamil edilə bilməz. İkincisi, test pəhrizi 2-ci tip diabeti olmayan insanlara tətbiq edilib.

"Rafinə edilmiş karbohidratlardan və şəkərdən qaçmaq, şübhəsiz ki, qan şəkərini tənzimləməyin ən təsirli yoludur. Lakin alma sirkəsi içmək də faydalı ola bilər. Alma sirkəsinin tərkibində çox az miqdarda kalium, kalsium və maqneziumdan başqa heç bir vitamin və ya mineral yoxdur. Bununla belə, tərkibində amin turşuları və antioksidantlar var", - deyə diyetoloq İqor Strokov bildirib.

Tarix
2026.05.27 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla