Yuxarı

Fazil Mustafa: Bir ləzgi deputatın bu ifadəsi…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Mustafa: Bir ləzgi deputatın bu ifadəsi…

Deputat Azər Badamovun "vahid bilet"lə bağlı çıxışı zamanı "bilet" sözünü fərqli tələffüz etməsi sosial şəbəkələrdə məsxərəyə qoyulub.

Axar.az Savashmedia.az-a istinadən xəbər verir ki, məsələyə münasibət bildirən deputat Fazil Mustafa Azər Badamovun tələffüzünə görə hədəfə alınmasını sərt şəkildə qınayıb.

Deputat bildirib ki, Azərbaycan dövlətinin maraqlarını daim müdafiə edən, separatizmə qarşı qətiyyətli mövqe nümayiş etdirən bir şəxsin nitqindəki fərqli tələffüzü lağ obyektinə çevirmək yolverilməzdir:

"Bunun adı yalnız mədəniyyətsizlik deyil, bunun adı həm də insansevməzlikdir. Nəyi məsxərəyə qoyursunuz? Azərbaycan dövlətinin maraqlarını hər zaman cani-dildən qoruyan, separatizmə qarşı ən sərt mövqe sərgiləyən ləzgi əsilli vətəndaşımızın Azərbaycan dilində ifadəsini başqa mənada yozaraq nə etdiyinizin fərqindəmisiniz? Ola bilsin ki, hansısa sözü bir ləzgi, bir talış, bir rus, bir kürd əsilli vətəndaşımız bir qədər fərqli söyləsin, yanlış tələffüz etsin, o halda küyə gedib lağlağı orkestri yaradacaqsınız?"

O, həmçinin xatırladıb ki, Azər Badamov vaxtilə Azərbaycanı hədələyən rus şovinistlərinə sərt cavab verdiyinə görə Rusiyadan deportasiya edilmişdi:

"Bunun adını nə qoyaq, sizlər yalnız əsl Azərbaycan vətənpərvəri olan millət vəkili Azər Badamovu incitmirsiniz, dəyərimiz, sərvətimiz, tale qardaşımız olan bütün xalqların nümayəndələrini incidirsiniz! Məgər unutmusunuz, yaxın tarixdə Azər bəyi Azərbaycanı hədələyən rus şovinistlərinə verdiyi sərt cavablara görə Rusiyadan deport etmişdilər. Sizin rus şovinistlərindən doğrudanmı fərqiniz yoxdur? Kimisə deputat kimi sevməyə bilərsiniz, müxalifətdə və ya sosial narazı statusunda ola bilərsiniz, ancaq bu etdiyiniz bir dövlət çatısı altında birliyimizə qəsddir, bütövlüyümüzə vurulan zərbədir. Kiməsə bu epizod sadə görünə bilər, ayıq-sayıq, ağıllı insanlarımız nə demək istədiyimi əminəm ki, anladılar".

Qeyd edək ki, əslən ləzgi olan Azər Badamov Azərbaycan Milli Məclisində Qusar rayonunu təmsil edir.

Tarix
2026.05.27 / 00:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla