Yuxarı

Bu məmurlar ağlasığmaz yollara əl atır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təfəkkürləri köhnə paltar dolabının qoxusunu verən, siyasi sistemin və cəmiyyətin özünüqoruma mexanizmlərinin vurub bir kənara atdığı bəzi nimdaş məmur-siyasətçilər onlara qarşı “haqsızlıq edildiyini”, kimlərləsə müqayisədə daha yaxşı olduqlarını sərgiləmək üçün dəridən-qabıqdan çıxır, yaxud qisasçılıq zəminində şər-böhtan, gözdənsalma kampaniyasını körükləyir, “bəlkə də qaytardılar” ümidi ilə ağlasığmaz nağıllar, əfsanələr uydururlar.

Bir çoxları “islahat” sözünü və anlayışını öz maraqları kontekstindən dəyərləndirir.

Bəziləri mental xüsusiyyətlərimizin və dəyərlərimizin qatlanıb bir küncə qoyulacağını, Bakının mərkəzində çırtıq çalıb “Daş-duşi, daş-duşi, madam popuqay” havasına kosmopolit diringi vuracaqlarını, milli düşüncənin, Azərbaycan xalqını ayaqda saxlayan təməl məfkurə anlayışlarının “arxaik” elan olunub sıradan çıxarılacağını, dövlətçi təfəkkürün “şou menecment” psixologiyasının təzyiqi ilə sarsılacağını, “özgə” sözünün rus dilinə jarqonlaşdırılmış tərcüməsində küncə sıxışdırılacağını düşünürlər. Anlamırlar ki, islahat milli platforma üzərindən yenilənmədir. Başa düşmürlər ki, yalnız milli düşüncə modern, yenilikçi olanda cəmiyyətə fayda verə bilər. Genetik kodunda milli təəssübkeşlik, cəmiyyətə fayda vermək niyyəti dayanmayan istənilən təfəkkür – istər modern olsun, istərsə də postmodern – fərdi eqonun böyüdülməsinə və xalqdan üstün tutulmasına xidmət edir.

Ölkəmizdə həyata keçirilən islahatların təməlində Azərbaycan vətəndaşına və dövlətinə xidmət, azərbaycanlı indentikliyinin ən müsbət keyfiyyətlərinin inkişaf etdirərək daha modern və zövqlü şəkildə dünyaya təqdim edilməsi, idarəetmə sisteminin modernləşməsi və çağdaş dünyanın tələblərinə cavab verməsi dayanır. Məqsəd ayrı-ayrılıqda hər bir azərbaycanlını, bütövlükdə isə Azərbaycanımızı dünyanın amansızcasına dəyişən reallıqların içərisindən keçirərək gələcəyə daşımaq, rəqabətə davamlı etmək və layiq olduğu həyata qovuşdurmaqdır.

Bacarsanız, fərdi eqonuzu, qisasçılıq hisslərinizi bir kənara qoyun. Daha yeni, daha müasir Azərbaycanda hər kəsə intellektinə və bacarığına görə yer olacaq.

Tarix
2019.11.05 / 13:21
Müəllif
Elçin Mirzəbəyli
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı casus şəbəkəsi...

Kremlin səhvi: cəzasını İrəvan çəkəcək

İrəvan ordumuzun önünə canlı meyitlərlə çıxır - Video

Şərəfi olan heç bir siyasətçi bunu etməzdi

İrəvan torpaqları qaytarmağa hazır olub: Babayanın etirafı...

III Dünya müharibəsinə hazır idilər, ancaq...

Vətəni az qala yaddan çıxarmışdılar, indi isə...

Qüdrət Həsənquliyevin 55 yaşına sözardı

Dostların xilası üçün əlindəki qumbaranı partlatdı

Gəncə olayının kökü: 2013, Milli Şura...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla