Yuxarı

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Mayın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Kuba Respublikasının xarici işlər naziri Bruno Eduardo Rodrigez Parrilya ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a verilən məlumata görə, görüş zamanı münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq, son illər ölkələrimiz arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika ətrafında müzakirələr aparılıb.

Ölkələrimiz arasında tarixi və mədəni əlaqələrin mövcud olduğu qeyd edilib, təhsil və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, iki ölkə arasında çoxtərəfli platformalarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı (NAM) və Karib Hövzəsi Birliyi (CARICOM) çərçivəsində əməkdaşlıq perspektivləri və Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SIDS) göstərdiyi humanitar və inkişafa yardım dəstəyi barədə müzakirələr aparılıb. Ölkəmiz tərəfindən Kubaya edilən humanitar yardıma və təhsil təqaüdlərinə görə təşəkkür ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər, o cümlədən Karib hövzəsində və Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2026.05.27 / 00:55
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla