Yuxarı

Bakı küçələri çılpaq qadın cəsədləri ilə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir soyqırım anatomiyası: Addım-addım Xocalı...

Əlində dəsmalı, qan ağlayan gözləri, çarəsiz yalvarışları ilə soyunu qıranların cəzalandırılmasını tələb edən analar... Oğlunun başı gözlərinin önündə kəsilən analar, 25 ildir ağı deyən analar...

Boş məzarlar qazılan, əsir yolu gözləyən analar üçün

Xocalıya ədalət deməyə hazırsınız?

Xocalı soyqırımının hekayəsi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə qədər gedib çıxır.

1878-ci il Berlin görüşlərində Rusiyanın təkidi ilə ermənilər özləri üçün Türkiyəni ciddi qəbul etmədiyi zamanlarda Qafqazdakı, o cümlədən Şərqi Anadoludakı komitələrin hərbi qüvvələri Osmanlı əleyhinə böyük miqyaslı üsyanlar qaldırmaq və Türklərə qarşı zorakılıq etmək üçün Anadoluya gəlmişdi.

Bu vəziyyət 1943-cü ilə qədər davam elədi. Komitələri örgüt, təşkilat, pul və silah baxımından erməni partiyaları yönləndirirdi, bu partiyalar isə erməni burjuaziyası, tacirləri və rus idarələri tərəfindən maliyyə ilə təmin edilirdi.

Bunlardan ən vacibi Tiflisdə Erməni İnqilabçı Federasiyası adı ilə qurulan və Anadolunun altı şərqi vilayətində erməni dövləti qurmağı planlaşdıran Daşnaksütün bu məqsədinə çatmaq üçün çoxistiqamətli bir şəxsiyyətə sığınmışdı.

Radikal millətçi adlandırılmalarına baxmayaraq, özlərini sol təmayüllü sayan Hınçax partiyası məqsədinə çatmaq üçün ermənilərdən ibarət bütün partiya və qurumlarla əlaqəli idi. Onları birləşdirən “Böyük Ermənistan” ideologiyası hər erməninin saplantı (!) halına gətirdiyi bir instikt idi.

Rusiyaya güvənərək Osmanlını kürəyindən xəncərləyən, terrorçu fəaliyyətləri dəstəkləyən Erməni kilsəsinə ən böyük zərbə Çar Nikolaydan gəldi. Çar Rusiyası 1903-cü ildə verdiyi bir qərarla Qriqoryan kilsəsinə aid vəqf torpaqlarını ələ keçirdi.

Erməni hərbi və siyasi təşkilatlarının önəmli bir qisminin Anadoludan Qafqaza köçürülmə səbəbi olan bu qərar ilə Çar hökuməti (!) bir daşla iki quş vurmağı qarşısına məqsəd qoymuş və uğurlu da alınmışdı. Rusiya indiki vaxtda ölkə daxilindəki milli azlıqların oyanışı nəticəsində yaranmış böhrandan qurtulmaq üçün özünə təhlükə olacaq qüvvələri parçalamağı hədəfləmişdi. Belə bir vaxtda Qafqazda meydana gələn, həmin dövrün tarix kitablarında erməni-müsəlman müharibəsi adlanan hadisə və Qərbi Rusiya ilə Polşadakı etnik problemlər çarizmin “uğurlu” daxili siyasətinin məhsulu idi..

Ölkə rəhbərliyi erməni qruplaşmaların kilsə problemlərindən dolayı yaranmış nifrətini peşəkarlıqla Azərbaycan türklərinə qarşı çevirməyi bacarırdı. Xüsusən, Osmanlı imperiyasına qarşı nifrət və xəyanət duyğuları bəsləyən ermənilər tarix boyunca azərbaycanlılara türk olmaları səbəbindən kin saxlayıblar.

Ötən əsrin əvvəllərində erməni təşkilatların Qafqaz, İran və Rusiyadakı bütün qrupları Anadoluda vahid rəhbərlikdən idarə olunurdu. Sözügedən təşkilat 1903-cü ildən sonra Bakıda da fəaliyyət başlamışdı.

Hadisələrə şəxsən şahidlik edən 20-ci əsrin məşhur fikir adamı Mir Mövsüm Nəvvabın o günləri işıqlandıran (uzun müddət qadağan edilən) əsərlərində bəhs etdiklərinə görə, Qafqazda izdihamlı şəhər və qəzalarda erməni silahlı dəstələri olub.

Nəvvabın sözləri 1880-ci ildən əvvəl və o dövrlərdə Osmanlı torpaqlarında həyata keçirilən erməni olayları haqqında Osmanlı qaynaqlarında mövcud olan məlumatları təsdiqləyir. Bu vəziyyət ermənilərin türklərə qarşı soyqırım planını həyata keçirmək üçün əvvəlcədən nə dərəcədə hazır olduqlarını isbatlayır.

Qafqazda türk qırğını - 1

19-cu əsrin sonu və 20-ci əsr Qafqazda, xüsusilə də Azərbaycan, Qərbi Azərbaycan (keçmiş Rəvan, indiki İrəvan) və Şərqi Azərbaycanda türklərin böyük və gizli soyqırıma məruz qaldığı dövrdür. Təəssüf ki, Qərb araşdırmaçılarının bu tarixi yetərincə öyrənməməsinin səbəbi elə milli tarixçiliyimizin çatışmayan cəhətidir.

Ermənilər 1880-1920-ci illər arasında Anadoluda, 1905-1906, 1918-1920-ci illər arasında Qərbi Azərbaycanda və Azərbaycanda yüz minlərlə türkü rəhmsizcəsinə qətlə yetirmişlər.

Rəvan xanlığının ərazisinə (İrəvan qubernatorluğu adlandırılacaqdı) İrəvan, İçmiədzin, Yeni Bəyazid, Aleksandrapol, Zəngəzur, Qazax – Dilcan və Lori – Ləmbək bölgələri daxil idi. Bu bögədə yerləşən ümumi 2310 yaşayış sahəsindən 2000-i türklərə aid idi. Məşhur erməni tarixçi Kodkadyanın 1932-i ildə İrəvanda nəşr edilən “Sovet Ermənistanının əhalisi” adlı kitabının 162-ci səhifəsindəki məlumatlara və o dövrki bütün rəsmi qaynaqlar bunu təsdiqləyir.

1986-cı ildə İrəvanda nəşr edilən “Efmənistan və ətraf rayonların toponimi” lüğətinin I – IV cildində də indiki Ermənistan bölgəsinin yüz il əvvəl 70 faizinin türklərin məskunlaşdığı bölgələr olduğu yazılır.

Bəs haradadır bu türklər? Haraya getdilər? Niyə qədim türk yurdu olan və Aşıq Alının sazını, Aşıq Ələsgərin sözünü, Dədəm Qorqudun "yurdu tərk etməyin" öyüdünü yüz illər boyunca qulaqlarında sırğa edərkən oraları tərk etdilər?

Türkiyədə hər daşın altında, Azərbaycanda hər ağacın kölgəsindəki azlıqlar statistika çıxararaq "haradadır bu millət" deyərək hesab soruşan əcnəbi və yerli dırnaqarası ziyalılar niyə heç maraqlanmırlar son yüz ildə soyqırıma uğrayan çiləli türkün tarixini?

Bir soyqırım anatomiyası: Addım-addım Xocalıya... (2)

Xocalıya ədalət...

Qatilini görməmək üçün körpə bədəninə qısılmış güllələrdən dəlik-deşik olmuş əlləri ilə ölməzdən əvvəl gözlərini qapayan məsum uşağın qanının yerdə qalmaması üçün

Xocalıya ədalət deməyə hazırsınızmı?..

Maraqlananlara məlumat üçün deməliyəm ki, təəssüf ki, Sovet dövründə bu hadisələrlə bağlı məlumatların böyük bir qismi ermənilər tərəfindən məhv edilib.

1905-1907-ci illərdə türklərə qarşı ermənilərin tətbiq elədiyi soyqırımla bağlı ən önəmli qaynaqlar şəxsən hadisələrə şahid olan Mir Mövsüm Nəvvab və Məmməd Səid Ordubadinin əsərləridir. Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası, Deportasiya” kitabının 45-46-cı səhifələrində yer alan “İrəvan erməniləri Anadolu kökənli olduqlarından gəldikləri yerlərdə türklərə qarşı kin bəsləmə instiktinin təsirində idilər” ifadəsi “Trükiyədəki erməni əhali qətlə yetirildi, məhv edildi” deyənlərə cavab mahiyyəti daşıyır. İfadədən də aydın olduğu kimi, Anadoludan köç edən ermənilərin önəmli qismi Rusiyanın istəyi ilə qədim türk yurdu Rəvan şəhərinə, digər qismi də Azərbaycana, Qarabağa yerləşdirilmişdir.

Bu torpaqlarda yaşayan türklər isə Çar Rusiyasına arxalanan silahlı erməni qruplaşmalarının qurbanı olmuşlar.

Ordubadi “Qanlı illər” adlandırdığı 245 məktub və dövrün nəşriyyatından topladığı sənədlər və məlumatlar əsasında yazdığı kitabında yüz il əvvəl baş verən və aylarla davam edən türk soyqırımını detallı şəkildə təsvir etmişdir.

Kəsilən başlar, təcavüzə uğrayan qızlar, qadınlar, işgəncə ilə dəliqanlıların baş dərisinin soyulması, gözlərinin oyulması, canlı insanların qarınlarının dəlinərək itlərin önünə atılması, müsəlman insanların bağırsaqlarını parçalayan itləri qəhqəhə ilə seyr edən gözü dönmüş terrorçu erməni dəstələri...

İl 1905-1906... Soyqırıma məruz qalan türk, bu vəhşəti edən erməni...

Eynən Anadoluda ötən yüzilin əvvəllərində Andranik adlı şərəfsizin hamilə müsəlman türk qadınlarının kürəyinə qaynayan somavar bağlayaraq körpəsinin cinsiyyəti ilə bağlı özü kimi heyvan sürüsündən ibarət dəstələr ilə mərcə girməsindən həzz alaraq özündən getməsi kimi edilən çox zülmdən biri...

Düz yüz il əvvəl Bakıda ermənilərin türklərə etdiyi qorxunc soyqırımın şahidlərindən biri olan rus albay Kulqe hazırladığı hesabatda belə deyir:

“Ermənilər heç kimə acımadan, uşaq-muşaq demədən əllərinə keçən müsəlmanları qətlə yetirmişlər. Qadınlar çılpaq vəziyyətdə divarlara mismarlamışdılar. Təkcə bir yerdə 57 qadının parçalanmış cəsədi vardı. Bir başqa yerdə isə otaq dolusu çıxarılmış gözlər, kəsilmiş qulaqlar, burunlar var idi. Bakının küçələri çılpaq qadın cəsədləri, kəsilmiş başlarla dolub daşırdı. Hizadə Hacı Əmirin 80 yaşlı anasını, onunla birlikdə evdə olan 60-70 yaş civarındakı qadınları vəhşicəsinə qətlə yetirmiş, evin gənc gəlinini diri-diri divara hörmüşdülər. Uşaq cəsədləri itlərin önünə atılmışdı”.

Gözü dönmüş ermənilər şəhərin tarixi əsərlərini yağmalayaraq məscidləri, vəqfləri, "Açıq söz", "Kaspi" qəzetlərinin mətbəələrini yandırdılar...

İl 1918...

Bu soyqırıma aid bütün protokol və sənədlər Azərbaycan Dövlət Arxivi, Rəsmi qeydlər, F970-də mövcuddur.

Qafqaz İslam Ordusunun Azərbaycan Milli Hökumətinin dəvəti ilə Bakıya gəlişi və rusların erməniləri hər zaman olduğu kimi istifadə edərək çınqıl kimi ortalıqda qoyması nəticəsində Azərbaycanda axan qan dayandı.

Məhmətçiyin qardaş yardımı, Nuru paşa, Xəlil paşa, Mürsəl paşa Can Azərbaycanda Sovet dönəminə rəğmən nəsildən nəslə ötürülən qəhrəmanlıq hekayəsi oldu və Türkiyə Azərbaycan arasında könül körpüsünün heç bir qüvvənin zərər verə bilməyəcəyi sağlam təməlinə çevrildi.

İl 1922...

Sovetlərin qapalı idarə sistemi və istibdad quruluşunu fürsət bilən Daşnak töküntüləri Türkiyəyə duyduqları kin və nifrətin intiqamını Azərbaycandan aldılar, rusların köməkliyi ilə...

Azərbaycan Sovet idarəsi altına keçəndə 114 min kv. kilometr idi, ikinci dəfə müstəqilliyini əldə edəndə - 1991-ci ildə bu rəqəm 86,6 min kv. kilometrə düşüb. Sovet rejimi Azərbaycan torpaqlarını Ermənistana hədiyyə etmişdi.

Asiya ilə Avropa arasında strateji mövqeyə sahib Zəngəzur Azərbaycanın Sovet işğalına məruz qaldığı illərdə alınaraq ermənilərə verilmiş, beləliklə də Türkiyə ilə Azərbaycan arasında məcburi dəhliz yaradılaraq quru yolu ilə əlaqə əngəllənmişdi.

Məqsədli şəkildə əzəli Azərbaycan torpağı olan Qarabağ kütləvi halda ermənilərin məşkunlaşdığı bölgəyə çevrilmişdir.

Sovetlərin sözdə “sosial ədaləti” nəticəsində Qərbi Azərbaycanda yaşayan türklər məcburi şəkildə torpaqlarından çıxarılmış, qədim türk yurdu Rəvanda əvvəl azlıq, sonra isə zülmə məhkum vətəndaş statusunda olan azərbaycanlılar 1987-1989-cu illərdə rəsmən tətbiq edilən soyqırım nəticəsində bir vaxtlar Ağrı dağından aşaraq qaçaqaçla Türkiyəyə gəldikləri kimi Azərbaycana üz tutmuşlar. 250 min nəfərdən canını qurtaranı da olmuş, bir çoxu da yolda öldürülmüş, kimiləri isə diri-diri böyük boruların içinə ermənicəsinə doldurulmuş, hər iki tərəfi bağlanılaraq işgəncə ilə öldürüldüyü tarix 1989-cu ili göstərirdi…

Və Xocalı…

Məsum körpələrin acımasızcasına öldürüldüyü, silahın süngüsünü görməmək üçün kiçik əlləri ilə gözlərini qapayan körpənin sadəcə bədəninin deyil, gözlərini qapayan balaca barmaqlarının da dəlik-deşik olunduğu, 7-8 yaşlı kiçik qızlara toplu şəkildə təcavüz edildiyi, 12 yaşlı bir uşağın mismarlanaraq işgəncəyə nə qədər dözə biləcəyi ilə bağlı mərc edərək saatlarla saxlanıldığı, qarınlarının deşildiyi, gözlərinin oyulduğu, bacısına təcavüz eləməyə məcbur edilən dəliqanlının imtina edərək özünü boğaraq öldürdüyü, cəsədlərin ağlagəlməz şəkildə parça-parça edildiyi türk soyqırımının edildiyi il 1992…

26 Fevral

Yəni 25 il əvvəl dünyanı utandıran bu soyqırımı ermənilər Azərbaycanda məsum və silahsız qəsəbədə törətdilər.

Düz yüz il əvvəl Bakıda, Vanda, Rəvanda, Gəncədə, İqdırda, Ərzurumda, Qubada, Şamaxıda, Urmiyədə, Səlmasda və daha neçə yerlərdə yaşayan məsum türk insanına etdikləri kimi… Yüz il əvvəl istifadə etdikləri ibtidai və insanlıqdan payını almamış babaları qulağı kəsik Andranikin, Hamasampın üsulları ilə soyqırım həyata keçirdilər.

İçlərində topladıqları kin, nifrət və qanlarına xas şərəfsizliklə törətdilər Xocalı soyqırımını…

Anadoluda türk qrığını edən lənətlik babalarının Qərbdə ağızlarından tüpürcəklər axıdaraq türklərə etdikləri işgəncələrə dair kitabları nəşr etdirdikləri kimi Xocalı soyqırımını da mərifət kimi bəhs elədilər müsahibələrində...

Amma nə hikmətdirsə, Qərb bir etiraf mahiyyətində olan sənəd xüsusiyyəti daşıyan erməni dəstələrinin şəxsən özləri tərəfindən yazılan o dərc edilmiş kitablara, ermənilərin türklərə qarşı həyata keçirdiyi cinayətlərin qəhrəmanlıq kimi bəhs olunduğu müsahibələrə deyil, uydurulmuş xatirələrdən yola çıxılan hekayələrə inanmağı seçir...

Kim Kardaşyan məlum CD-sində mərifətini detallı bir şəkildə sərgiləməkdən həzz alaraq məsləyini bütün dünyaya nümayiş etdirdiyi kimi soydaşları olan erməni terrorçuları da Xocalıda məsum insanlara etdikləri ağlagəlməz işgəncələrə dair kitabları nəşr etdirərək nümayiş etdilər... Şərəfsizliyin, namussuzluğun reklamını eləmək genetik xüsusiyyətlərindən qaynaqlanırmış, demək...

Ermənistanın hazırki prezidenti Sərkisyan terrorçudur, Xocalı soyqırımında özündən öncəki sələfi kimi aktiv vəzifə verilmiş bir qatildir və Kardaşyan xislətlidir., reklama maraqlıdır. Xaricdəki qəzetlərdən birinə verdiyi müsahibəsində bəhs elədi Qarabağdakı cinayətlərini, sırıtaraq da edəcəyimizi ehtimal etmirdilər, amma biz etdik bunları deyərək məsxərəyə qoydu bizləri..

Bəli, doğrudur, insan olanın belə ir şərəflizliyi edəcəyini ehtimal etməmişdik, amma yanılmışıq. Unutmuşuq kinsan olmadığınızı, unutmuşuq son yüz ildə etdikləriniz...

Zori Balayan, Silva Kapitukyan, Serj Sərkisyan...kirli, iyrənc, alçaq əməlləriniz üçün müharibə cinayətkarl kimi tarix qarşısında mühakimə ediləcəksiniz...

Ölənləriniz ölümündən sonra, həyatda olanlarınız isə son nəfəsinə qədər daima lənətlə yad ediləcəksiniz...

Kardaşyanın fəaliyyəti də sizi xilas edə bilməz.

Xocalı bir soyqırımdır...

Ədalət üçün onu törədənlər müharibə cinayətkarı olaraq mühakimə ediləcəklər, buna inanıram.

Hərgah bu edilməzsə, ermənilər tərəfindən daha əvvəl törədilənlər kimi cəzasız qalar, yaxud unutdurularsa, daha çox Xocalılar yaşayarıq, unuda bilmərik.

Xocalıya ədalət sadəcə intiqam üçün ehtiyac duyduğumuz bir çağırış deyil, insanlıq üçün, təkrarlanmasını arzu etmədiyimiz önləyici bir addımdır.

Xocalı bəyaz qarların üstünə məsum körpələrin axan qanlarını ədalət kəlməsini torpağın bağrına silinməyəcək dərinlikdə cızdığı rəsmdir.

Uşaqlığımda gizlənpaç oyanayardıq. Mən gözlərimi əllərimlə bərk qapayardım, beləliklə ətrafı qaranlıq etdiyim üçün gizləndiyimi, dostlarımın məni tapmayacaqlarını düşünərdim...

Xocalıda o gecə 2-3 yaşlı o kiçik körpə də onu hədəf alan silahı gördüyü zaman eynisini etmişdi, əlləri ilə bərk-bərk gözlərini yummuşdu. Gizlənmək üçün...

Oyun üçün yox amma, yaşaya bilmək üçün. Əllərini çəkdiyi zaman, gözlərini açanda anasını qarşısında görmək ümidi ilə qapamışdı gözlərini...

Bərk-bərk kiçik əllərlə 25 il əvvəl fevralın 26-da qapanmış o gözlər heç açılmadı - qanıpozuq, ikiayaqlı heyvanlar üzündən...

Gizlənpaç oynayan uşaqlarımızın gözlərini ümidlər aça bilməsi, açanda qarşısında sevgi dolu həyat tapa bilməsi üçün Xocalıya ədalət...

Enpolitik.com

Tarix
2017.02.21 / 23:39
Müəllif
Aygün Attar
Oxunub
5 929
Şərhlər
Digər xəbərlər

Qərb Türkiyəni tək qoydu, Əliyev dərhal hərəkətə keçdi

İlk dəfə xəcalətimizdən başımızı əymədik

Birinci Xanımın uğur hekayəsi

Səhərə qədər orada qaldıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla