Yuxarı

İlk dəfə xəcalətimizdən başımızı əymədik

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Azərbaycanın "Qarabağ" komandası qazandığı zəfər nəticəsində UEFA Çempionlar Liqasında oynamağa haqq qazandı. Dünyanın dörd bir tərəfində yaşayan türklər "Qarabağ"ın Danimarkada "Kopenhagen"lə oynadığı matçı həyəcanla izlədi. Bu ölkədəki səfirlik işçilərimizin qatıldığı izdihamlı tamaşaçı qrupu 92 dəqiqə ərzində həyəcandan özünə yer tapa bilmədi. Eynilə oyunu ekran qarşısında izləyən azarkeşlər kimi...

Hakimin fiti səsləndikdə Azərbaycan xalq "Qarabağ" sədaları ilə küçələrə axışdı. Türkiyədə, Rusiyada, Avropada, Amerikada yaşayan soydaşlarımız qələbəni qeyd etdilər.

Səhərə qədər evimdə mediada yazılanları oxudum, əksəriyyət xoşbəxt idi, ancaq çox az da olsa tənqid edənlər var idi. Bu zəfərin belə qeyd edilməsinə, sanki işğal altındakı Qarabağ alınıbmış kimi sevinilməsinə etirazlar da var idi.

Haqlıdırlar. Qarabağ hələ alınmadı, amma bu zəfərlə ilk dəfə onun adı zikr edildiyi zaman kədərlənmədik, ağlamadıq, xəcalətimizdən başımızı əymədik. Milyonların baxdığı oyun ərzində Avropanın göbəyində "Qarabağ" Can Azərbaycanın üçrəngli, ay-ulduzlu möhtəşəm bayrağı fonunda dünyada şaxə qalxdı.

Bu zəfər Qarabağı problemə çevirən dövlətlərin televiziya kanalları Azərbaycan dövlətinin bir parçası olan, bizim olan “Qarabağ”ın zəfərindən danışmağa məcbur oldu.

Bu zəfər "Qarabağ"ın tarix yaza bildiyinin sübutu oldu. Həm də onu göstərdi ki, çox az qalıb, biz Qarabağda da tarix yazacağıq. Heç kim dünənki gecəni görməzdən gəlməsin. Dünən oynanılan oyun sıradan bir matç deyildi. Dünən təkcə bir futbol komandası yox, əllərində "Traktor" yazılı pankartlarla üçrəngli bayraqlarını külək kimi yelləyən 50 milyonluq Bütöv Azərbaycan qazandı.

Ay-ulduzlu mübarək bayrağımızın ətrafında toplanmış 250 milyonluq Turan idi qazanan. Və işğal altında olan vətən torpaqlarının gözü yollarda qalmış intizarlı ruhları da var idi dünən gecə sevinənlər arasında, bunu unutmayın...

"Futboldur" deyib gözardı etmək olmaz. Bu oyun torpağının iyirmi faizi işğal altında olan bir dövlət üçün diplomatiya vasitəsidir. Cild-cild yazılmış kitablardan daha təsirlidir stadionun ruhu: insanları ruhlandırır, milli mədəniyyəti canlandırır. Bu qələbə cəmiyyət üzərində böyük təsirə malikdir.

Stadion cəmiyyət ruhunun təzahürü baxımından çox mühüm məkandır.

Oradakı tamaşaçı "oynanılan oyunu" hər mənada ən yaxşı analiz qabiliyyətinə malik olan bir toplumu təmsil edir. Buna "Traktor"u misal çəkmək olar. Oradakı azarkeşlərin şüarları 35 milyonun istək və tələblərini, ana dilində təhsil, Bütov Azərbaycan həsrətini, milli şəxsiyyətin yaşaması üçün ölümə meydan oxuma cəsarətini, Türk dünyasının birliyi arzusunu çox aydın şəkildə göstərir:

"Türk dilində mədrəsə,

Sən istəsən ölərəm mən, sən yaşa Azərbaycan,

Bakı, Təbriz, Ankara ..."

İran türklərinin ən təsirli mübarizə üsulu stadiondakı azarkeşlərin meydana gətirdiyi milli ruhdur.

On minlərlə adam tərəfindən demokratik yollarla düşüncələrini ifadə edən "Traktor" tərəfdarının reallaşdırdığı vətəndaş birliyi bütün dünyada təsirini sürətli bir şəkildə göstərdi. "Traktor Təbrizi" dünyada Şəms Təbrizi qədər məşhur olan türk komandasıdır.

Traktor bir futbol komandasından daha böyük anlayışdır, Güney Azərbaycan milli mübarizəsinin simvoludur.

"Qırmızı qurdlar" adlanan azarkeşlərin türklüyün totemi olan bozqurd işarəsi tutaraq yeri-göyü lərzəyə gətirməsi, Təbrizdən Ötükəni salam göndərən soydaşlarımızın hekayəsidir "Traktor".

Dünən gecə oynanılan matçda Avropanın dörd bir tərəfindən Kopenhagenə gələrək stadionda "Qarabağ"ı tək buraxmayan "Traktor" tərəfdarına salam olsun!

"Qarabağ" matçını Qarabağ iddiası qədər əhəmiyyətli qılan dünənki gecə o stadionda şəhidlərimizin qanından rəngini alan şərəfli bayrağımızı zəfər üçün yelləyən Anadolu Türklüyünə salam olsun!

Stadion - xalqın diplomatiya arenasıdır.

O arenada dünən "Qarabağ" eynilə "Traktor" kimi zəfər çaldı, sıra gəldi siyasət arenasındakı zəfərlərə...

UEFA Çempionlar Liqasında hələlik iki türk komandamız var. Sağ əlləri "Traktor"umuzun başına.

Tarix
2017.08.24 / 18:39
Müəllif
Aygün Attar
Şərhlər
Digər xəbərlər

Qərb Türkiyəni tək qoydu, Əliyev dərhal hərəkətə keçdi

Birinci Xanımın uğur hekayəsi

Bakı küçələri çılpaq qadın cəsədləri ilə...

Səhərə qədər orada qaldıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla