Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Avqust 2018


Hitler Bakıya girsə, hamıya “Mersedes” bağışlayacaqdı...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ana vətən”, yoxsa divarlarına “Bura zibil atanın anasını...” yazılan vətən?! Yadıma gəlir, bir dəfə Bayraq günündə hansısa telekanal küçədə gənclərə sual ünvanlamışdı: “Vətən üçün canından keçərsənmi?”

Demək olar, hamı tərəddüdsüz “ölməyə hazırıq” cavabını vermişdi. O zaman çox düşündüm, necə ola bilər ki, insanlar anlamadıqları, bəlkə də hər gün mahiyyətinə xəyanət etdikləri dəyərlər üçün ölməyə hazır olurlar?

Amma yanılmışdım, o cavabların heç birində pafos yox idi, çox səmimi idilər. Lakin yenə də suallar əl çəkmirdi yaxamdan: Necə olur ki, bir insan ana kimi qəbul etdiyi vətənçün canından keçməyə də hazırdır, o vətənin divarlarına “Bura zibil atanın anasını...” kimi söyüş də yaza bilir; necə olur ki, mahiyyəti milli-mənəvi dəyərlərimiz olan bayraqçün ölməyə tərəddüd etmir, amma o dəyərləri rahatca tapdalaya bilir?!

Sorun nədə idi?!

Bunun əslində tək açıqlaması var: bizə vətəni sevməyi öyrətdilər, amma vətənin nə olduğunu öyrətmədilər; bizə bayrağa sevgini öyrətdilər, amma başa salmadılar ki, bayraq quruca əski parçası deyil.

Bu gün o dəyərlərdən xəbərsiz, amma parça olan bayraqçün ölməyə hazır adamlar var. Bəs kimdən öyrənməli dəyərlərə sevgini?!

Bax, burada biz cəmiyyət olaraq məğlub olmuşuq, özü də özümüz özümüzü məğlub etmişik. Elə ən yaxın tarixə aid misal çəkim: hər il olduğu kimi, yenə də 9 May Qələbə gününün bayram kimi keçirilməsi bəziləri tərəfində birmənalı qarşılanmadı.

Bir qisim dedi ki, mayın 8-i Şuşanı itirmişik, 9-nu bayram etmək olmaz. Bunu deyənlərin çoxu martın 31-də soyqırıma “ağlayıb” aprelin 1-də Gülüş gününü qeyd edənlərdir.

Hər xalqın tarixində acı gün də olur, qürurlu gün də. Hansısa faciə baş verib deyə, bu o demək deyil ki, ilboyu xalq hüzn içində olmalıdır. Davamlı olaraq hüzn içində olan xalq əzilmişlik kompleksinə düşər, inkişaf etməz, sabaha ümidlə baxmaz. Üstəlik, o xalq ki, II Dünya müharibəsinin tarixində öz əsgəri və nefti ilə həlledici rol oynayıb.

Elə düşünürlər ki, müharibədə Almaniya qalib gəlsəydi, azad, müstəqil və yağ-bal içində yaşayacaqdıq, Hitler “mersedes”lər qapılarımıza hədiyyə edəcəkdi. Bu fikirlər ondan yaranır ki, biz indiki zaman kəsiyindən boylanıb, yaşamadığımız, şahidi olmadığımız zamana baxmağa çalışırıq, amma doğru görə bilmirik. Görə bilmirik ki, babalarımız məhz Bakını işğaldan qoruyub. Hitler hazırlanmış tortda məhz Bakı olan hissəni seçmişdi. Bəli, Hitlerin məqsədi Bakını, onun neftini, insanlarını yeyib-bitirmək idi.

Lakin indi belə fikirlər də var ki, əgər Hitler Bakını işğal etsəydi, Sovet imperiyasının caynağından qurtulub, işıqlı günə çıxacaqdıq. Amma heç kəs bilmir ki, Hitler qalib gəlsəydi və faşistlər Bakıya girsəydi, nələr baş verəcəkdi. Öz millətinə qarşı ən radikal addımları atmaqdan çəkinməyən bir liderin başqa millətə gün işığı göstərəcəyini xəyal etmək gülüncdür.

SSRİ adı altında canla-başla döyüşmək, əslində, ilk başda öz doğma vətənini qorumaq vəzifəsinin təzahürü idi.

Vətəni, vətənə olan sevgini öyrənməli olduğumuz adamların qələbəsinə kölgə salırıq. Ona görə kölgə salırıq ki, biz onların vətən anlayışına uduzuruq.

Böyük Vətən müharibəsindəki qalibiyyətin memarı doğru vətən anlayışı, sevgisi idi.

Bu gün biz babalarımızın vətən sevgisinə uduzuruq. Həm də cəmi bircə gün.

O bir gün isə çox böyük zaman fərqdir – 9 maydan 8 maya qədər olan fərq!

Tarix
2018.05.11 / 15:12
Müəllif
Vəli Hüseyn
Şərhlər
Загрузка...
Digər xəbərlər

Dünyanı idarə edən iki hiss – 20 qəpik və “bəyən”

Fürsət tapsalar, bu qadını yolun ortasında...

Anar Nağılbazı kim öldürdü?

Nizami küçəsində şok: ilan peyda oldu - Video

Nobelçi yazarın hekayəsi üzə çıxdı - 62 il sonra

Avropanın ən böyük küçə sənəti festivalı… - Foto

“28 Mall”ın qarşısında hər gün eşidilən vahiməli səs

Bakıda masaj salonunda ana dramı: Ərim dedi ki...

Cinçıxarma mərasimi və Elşənin üzük möcüzəsi

Planetin ən yaşlı sakini öldü

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla