Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2018


18+ görüntü ilə hədələnən müəllimlərin rəhbəri

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhsil millətin gələcəyidir” şüarı dahi lider Heydər Əliyevin həm də bütün təhsil işçilərinə xəbərdarlığı idi...

Bir qayda olaraq təhsilsiz insan azad ola bilməz. Ancaq son zamanlar təhsil müəssisələrində baş verən xoşagəlməz hallar azadlıq sevgimizə əməllicə təhlükə yaratmaqdadır.

Gələcəyimiz olan uşaqlarımıza, təhsil öyrətməklə vəzifələnmiş adamlar, müqəddəs borclarını ödəmək əvəzinə, bir-birilərinin quyusunu qazmaqla, şagirdlərə qarşı zor tətbiq etməklə bu müqəddəsə xəyanət edirlər.

Elə bu yaxınlarda 5-ci sinif şagirdini futbol topunu partlatdığına görə 10 manat cərimələyib, uşağın valideyini də məhkəməyə verən müəllim haqda yazdı bütün saytlar. Başqa bir məktəbdə bir müəllimin öz həmkarını seksual xarakterli video görüntüsünü yaymaqla hədələyib şantaj etməsi faktı üzə çıxdı. Demək olar, saysız-hesabsız xoşagəlməz hallarla doludur orta məktəblərimiz.

Çox vaxt bu kimi halların yaranmasında birbaşa məktəb direktorlarının məsuliyyətsizliyi, işbilməzliyi böyük rol oynayır. Elə məktəb direktoru demişkən, bu yaxınlarda Maştağada yerləşən məktəblərin birində direktorun şagirdi döyməsi faktı aşkarlandı. Dəhşətli haldır.

Ən azından ona görə ki, hansısa müəllimin şagirdi döyməsi ilə məktəb direktorunun döyməsi arasında dünyalar qədər fərq var. O fərq bundan ibarətdir ki, müəllimin bu cinayətkar davranışına qarşı siz direktorlar lazımi tədbirlər görməli olduğunuz halda, özünüz uşaqları döyürsünüz.

Düşünürəm ki, uşağı döyən bu direktoru Maştağaya göndərməklə düz ediblər. Lakin ünvan məsələsində yanılıblar. Şagirdini döyən direktoru Maştağadakı məktəbə yox, dəlixanaya göndərmək lazımdır.

Yoldaş (!) direktor, siz bu gün sevgiylə yanaşıb cəmiyyətə faydalı insan hədiyyə edə bilmirsinizsə, sabah o uşaqlar böyüyüb sizlərdən gördükləri zorakı, cinayətkar davranışları başqalarına qarşı edəcəklər. O başqalarını da heç uzaqda axtarmayın, o başqaları sizin övladlarınız olacaq, bizim övladlarımız olacaq.

Bu gün əgər balalarımız məktəblərdən gözəl təhsil, müəllimlərdən nümunəvi davranışlar götürə bilmirlərsə, demək ki, ilk növbədə təhsilə elə müəllimlərin, məktəb rəhbərlərinin ehtiyacı var. Yox əgər daha iş işdən keçibsə, o zaman Təhsil Nazirliyi müəllim, direktor təyin edərkən gərək bir dəfə yox, yüz dəfə götür-qoy etsin, daha məktəblə dəlixananın ünvanını səhv salıb, təyinatları qarışdırmasın...

Tarix
2018.06.06 / 08:15
Müəllif
Vəli Hüseyn
Şərhlər
Загрузка...
Digər xəbərlər

Dünyada bu günə qədər nə qədər kitab çap olunub?

Metrodakı oğlan: əxlaqlıdır, yoxsa bədbəxt?

Quranın qanunları ilə yaşayan ölkə

Bu çılpaq qadına istədiyinizi edə bilərsiniz - Foto

Zina edən qızın atasından son xahişi...

Hacı ilə deputatın qırğını: Allah öz evini niyə dağıtdı?

5 ABŞ vətəndaşı bunun üçün ölkəmizə gəldi - Foto

“Maşın”da məşhurlar bir-bir niyə intihar edir?

Sən acından yox, ağılsızlıqdan ölürsən!

Maraqlı layihə: şagirdlərə pulsuz kitab paylanacaq - Foto

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla