Yuxarı

Mitinqlərdə polislə toqquşan şəxs kimi deyirəm…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə baş verənlərə, qarşıdurmaya və sonucda iki polis zabitimizin qətlinə, qan tökülməsinə, bir xeyli günahsız insanın həbsinə çox üzüldüm, təəssüfləndim.

Heç bir kürsü savaşı, heç bir mənsəb, var-dövlət insan həyatını əvəz edə bilməz. Son günlərin olayları hamını çətin suallar qarşısında qoyub. Şəxsən mənə işıq böhranının, Gəncə hadisələrinin Ordumuzun 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi paraddan sonra baş verməsi təsadüfi görünmür. Bu şübhələrim nə qədər əsaslıdır, demək çətindir. Kaş şübhələrim əsassız olsun...

Bu gün Gəncədəki toqquşma və iki polis zabitimizin həlak olması ilə bağlı sosial mediada xeyli yazı oxudum. İstisnasız olaraq hamı təəssüflənir. Başqa cür ola da bilməzdi. Ancaq mən təxminən 5-6 il mitinqlərdə, yürüşlərdə polislə dəfələrlə toqquşmuş bir adam olaraq bu məsələnin təxribat olmadığına inana bilmirəm. Yüzminlərlə insanın üstünə minlərlə polis gəlirdi, birinin burnu qanamırdı. Rəsmi məlumata görə, cəmi 200 nəfərlik bir mitinq keçirilib. Və kadrlardan da görünür ki, polis etirazçıların üstünə getmir, əksinə, zabitlər onların arasına polis kimi deyil, ağsaqqal kimi girirlər, əvəzində isə qətlə yetirilirlər.

Bu bir təsadüfdürmü?

Mən Gəncə icra başçısına qarşı qəsd haqqında heç nə demək istəmirəm. Yəqin ki, həmin məsələ hüquq-mühafizə orqanları tərəfindən diqqətlə araşdırılacaqdır. Elmar Vəliyevin qohumlarının, yaxınlarının hisslərini, hətta qəzəbini də başa düşürəm. Lakin bu qəzəb nə qədər sərt olsa da, onları bir sakitləşdirən olmalıydı. Bir cinayət başqa cinayətə, qanundankənar söz-söhbətə, hüquqa sığmayan hərəkətlərə yol açmamalıydı. Yəni biri od olanda, biri su olmalıdır.

Təəssüf ki, Elman Vəliyevə qarşı qəsddən sonra sanki bilərəkdən ara qarışdırmağa, iqtidarla xalq arasında münasibətləri gərginləşdirməyə xidmət edən dedi-qodular ölkəni bürüdü. Xüsusən icra başçısının ailə üzvlərinin dilindən yayılan sözlər açıq-aşkar qızışdırıcı xarakter daşıyırdı. Bu sözlər doğrudur-yalandır, fərqi yoxdur, xalq arasında hansı reaksiya doğuracağı nəzərə alınmalı və müəyyən adamların xalqa meydan oxumasının qarşısı kəsilməli idi.

Bundan sonrakı addımlar da ehtiyatla atılmalıdır. Baş verən cinayəti əsas götürüb, günahsız insanların incidilməsinə, həbsinə, təhqir edilməsinə yol vermək olmaz.

Məncə, hakimiyyət dairələri baş verən faciədən ciddi nəticə çıxarmalıdırlar. Camaatı yox saymaq, onu alçaltmaq və təhqir etmək birbaşa hakimiyyətə qarşı təxribatdır və müharibə şəraitində olan ölkəni münaqişələr bataqlığına sürükləməkdir.

Cinayət isə yolverilməzdir: hansı səviyyədə, hansı üsullarla, sözlə və ya silahla törədilməsindən asılı olmayaraq!..

Tarix
2018.07.11 / 15:19
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla