Yuxarı

Bakı, bağışla ki sənə gülürdük... – Avropa nəşrinə sözardı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxşıya yaxşı desən çəkinər, yamana yaxşı desən öyünər. Bəs yaxşıya yaman desən nə olar? Gec-tez yalan oldugu bilinər!

Son günlərin hadisələrini Bakı (Avropa Liqası) və Madriddə (Çempionlar Liqası) keçirilən finallar ətrafında məhz bu cür xarakterizə etmək olar.

Məsələ burasındadır ki, Bakı finalı ərəfəsində Qərbdə tənbəllik etməyən hər kəs hansısa bir şəkildə Azərbaycana zərər vurmağa cəhd göstərdi.

Əgər bütün bu kinayələrin siyasi çalarları olmasaydı, heç bir şey olmazdı. Bakını, Azərbaycanı, azərbaycanlıları incitmək: elə incitmək ki, yıxılsınlar və qalxmasınlar. Mətbuatda açıq şəkildə Azərbaycan əleyhinə kampaniya aparıldı. Bundan əlavə sözügedən prosesə bədnamların dəyirmanına su tökən radikal müxalifətin qızğın tərəfdarları da qoşuldu.

Biz Avropa Liqası finalını keçirdik. Bakıya bütün yazılanlara, deyilənlərə və ən qaranlıq ssenarilərə zidd olaraq (futbol azarkeşlərinə və turistlərə Bakıya səfərdən çəkinmələri ilə bağlı bir çox çağırışlar edildi, Bakıda terakt təhdidinin olduğu, kriminal vəziyyətin çiçəkləndiyi, qiymətlərin isə ümumiyyətlə kosmik olduğu yazıldı), böyük azarkeş ordusu qonaq oldu. Şəhər bütünlükdə bu möhtəşəm idman tədbirinin atmosferi ilə yükləndi. Paytaxt futbolla yaşadı. Biz bu çətin sınaqdan üzüağ, alnıaçıq çıxmağı bacardıq. Əksinə, ölkəmiz haqqında çirkin ifadələr səsləndirən həmin “natiqlər” Bakı finalından sonra başıaşağı halda hətta sosial şəbəkələrə belə girməyə utandılar.

Gəlin, İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Kloppun sözlərini xatırlayaq: “Çempionlar Liqası finalının Madriddə, Avropa Liqası finalının Bakıda keçirilməsi gülməlidir. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər”.

Cənab Klop! Bəli, bu bir çap səhvi deyil, biz bilərəkdən onun soyadını bir “p” ilə yazdıq. Çünki bu Klop (klop - rusca bit-birə mənasındadır - O.T.) demək istəyirdi ki, Madrid – kosmosdur, Bakı isə... Özünüz anladınız. Bu mövzuya hələ qayıdacağıq.

Madriddə final günü gəlib çatdı. Qərb mətbuatı cazibədar başlıqlarla Madrid finalının tərifinə başladı: The best final, the best city, the best fans... (Ən yaxşı final, ən yaxşı şəhər, ən yaxşı azarkeşlər...) Ancaq hələ start fitinə qədər də bu möhtəşəm tədbir ilk qiymətini verdi.

İndi isə sıra ilə:

1. Siz Bakıda çoxlu fırıldaqçıların olduğunu söyləyirdiniz? Burada sizi hər yerdə aldadacaqlarını söyləyirdiniz, hə?

Bakı finalı zamanı bununla bağlı bir dənə belə şikayət qeydə alınmayıb. Hətta içkili azarkeşin içərisində pulu və sənədləri olan pulqabını itirməsi də qeydə alındı. Pulqabını xadimə tapdı və polis əməkdaşlarına verdi. Onlar isə öz növbəsində həmin azarkeşi taparaq pulu və sənədləri bütöv şəkildə ona qaytardılar. Azarkeş gözlərinə inana bilmirdi. Çünki onda bizə qarşı tamamilə fərqli fikir formalaşmışdı. Biz vəhşi olmalı idik axı... O, riski və qorxusu ilə Bakıya gəldi, burada isə belə! İtirdiyi hər şeyi qaytardılar. Qəpiyinə kimi...

İndi isə İspaniyada fırıldaqçılıqla bağlı vəziyyətə nəzər salaq.

Finala bir neçə gün qalmış Madrid. Avropa futbolunun inzibati orqanı ispan polisinin “Stüard üçün saxta önlük, biletlərin texniki yoxlanışı üçün saxta qurğu, həmçinin saxta akkreditasiyalar” aşkarladığını bəyan etdi. Bəli, bəli, şəhərin hər yerində saxta biletlər satılırdı. İş o yerə çatdı ki, cümə günü UEFA xəbərdarlıqla çıxış etdi: “Dövriyyədə böyük sayda saxta biletlərin olması barədə məlumat mövcuddur. Azarkeşləri aldanmamağa və kənar agentliklər və şəxslərin tələsinə düşməməyə çağırırıq”.

2. Siz Bakıda qeyri-sabitliyin hökm sürdüyünü, hər hansı bir səbəb olmadan insanların döyülə biləcəyini deyirdiniz?

Bakıda Avropa Liqası keçirilən dövrdə – Azərbaycan paytaxtına ilk futbol azarkeşinin gəlməsindən son azarkeşin uğurla öz vətəninə qayıtmasına qədər olan vaxtda azarkeşlərin adı hallanan cəmi iki kiçik insident baş verdi. Bu hallar içkili vəziyyətdəki “Çelsi” və “Arsenal” fanatlarının arasında qeydə alınıb. Xatırladaq ki, hər iki insident sadə bakılılar və polis əməkdaşları sayəsində dərhal tənzimlənib.

İndi isə Madrid finalında nə baş verdiyinə nəzər salaq.

“Liverpul” və “Tottenhem” arasındakı Çempionlar Liqası finalı ərəfəsində İspaniya paytaxtı Madridə polis və azarkeşlər arasında bir sıra insidentlər qeydə alındı. İspan mətbuatının yazdığına görə, “polislər tam təchiz olunmuş vəziyyətdə dəbilqə və dəyənəklərlə oyun ərəfəsində Madriddəki barlardan birinə daxil olub, dəyənəklərlə zərbə vurmaqdan çəkinməyərək azarkeşləri qovublar”.

Bax, budur sizin demokratiyanız, sizin sabitliyiniz...

3. Bizim stadionumuzun pis olduğunu deyirdiniz? Gəlin hər iki finalda iştirak edənlərin nə yazdıqlarına baxaq:

Bir çox Tvitter istifadəçiləri Bakı finalını Madriddəki oyunla müqayisə etdi. Burada isə müqayisələr heç də Madridin xeyrinə olmadı.

Məsələn, “Eurosport”un müxbiri Siyavuş Fallahi (@SiavoushF) hesab edir ki, Bakıdakı stadion Avropa Liqası finalından daha çox Çempionlar Liqası (daha yüksək statusa malikdir) finalına layiqdir.

“Men in Blazers” nəşri Tvitter hesabında yazdı ki, Bakı bütün cəhətlərə görə Madriddən daha yaxşı idi: ”Bakı. Bağışla ki, sənə gülürdülər. Sən hər cəhətdən Madriddən daha yaxşı idin”.

Hər iki finalı seyr etmiş İngiltərənin “Block 26” azarkeş qrupunun üzvü yazdı: “Bakının stadionu bir çox Avropa stadionları ilə müqayisədə daha rahat və gözəl idi”.

Dünyanın hər tərəfindən Madriddəki oyuna baxmaq üçün gələn azarkeşlər bir çox problemlərlə qarşılaşdılar. Burada həmçinin kommunikasiya məsələləri oldu: nəqliyyat problemləri, şəhərdəki tıxaclar, avtomobillə stadiona gedişin olmaması və buna görə də azarkeşlərin 1.5 kilometr məsafəni piyada qət etməsi, “Liverpul”un avtobusunun “Vanda Metropolitano”ya gedən tuneldə yarım saat ilişib qalması.

Məlum oldu ki, hətta futbolçuların özlərinə belə final qarşılaşması zamanı stadionda rahat şərait yaradılmayıb. “Sport.ru”nun yazdığına görə, təşkilatçılar “Liverpul”a “Atletiko”nun soyunub-geyinmə otağını, “Tottenhem”ə isə arxalığı olmayan oturacaqlarla təchiz olunmuş otaq verib: “Yer azdır, işıqlandırma xoşagələn deyil. Otağa otuz nəfər daxil olanda çətin ki, rahat olardı”.

4. “Bakıda astronomik qiymətlər” olacaq deyirdiniz?

Madriddə futbol azarkeşlərinə ən ucuz halda pivə 5-7 avroya təklf edilib. Bu barədə ispan şərhçilər Madrid finalına hələ bir neçə gün qalmış sosial şəbəkə hesablarında yazırdılar. Bakıda isə gözəllik və dizayn cəhətdən Madriddəkilərdən geri qalmayan bütün pablar 0.5-4 avro arası qiymətlər təklif edirdi. Niyə pivə? Çünki yenə də Madrid şərhçilərinin sözlərinə əsasən desək, azarkeşlər üçün ən vacib məhsul pivədir. Hətta bütün qida məhsullarını müqayisə etsək belə, burada qiymətlər arasında əhəmiyyətli fərq görmək olar. 0.5 litrlik su, demək olar ki, bütün Avropa və Qərb ölkələrində minimum 1 avroya satılır. Məsələn, Estoniyanın paytaxtında həmin su 5 avroyadır. Bəs Bakıda necədir? Bakıda 0.5 litrlik su 30 qəpiyə təklif olunur, yəni Qərb qiymərləri ilə demək olar ki, havayıdır.

5. Nəhayət, kuliminasiya: “Madriddəki final zamanı meydana yarıçılpaq bir qadın daxil oldu. Stadiondakı kameralar təşkilatçıların bu rüsvayçılığını canlı yayımda göstərməməyə çalışsalar da, ətrafda “böyük ambisiyaları” olan bu qızın hərəkətini ictimaiyyətə çatdırmağı bacaran böyük obyektivlərə sahib yüzlərlə peşəkar fotoqraf vardı”.

Beləliklə, Bakı finalına və bütünlükdə Azərbaycana kölgə salmaq istəyən hər kəsə öz dillərində cavab vermək istəyirəm: He knows best what good is that has endured evil. Xeyirin nə olduğunu ən yaxşı şəri görənlər bilir. Biz sizin şərinizə məruz qaldıq və məhz buna görə də öz xeyrimizi qoruyacağıq.

Bu sadəcə idman barədə bir kəlimə belə işlədilmədən iki futbol qarşılaşmasının təhlili idi.

Əgər idman barədə danışsaq... - Finallarda 4 ingilis komandası oynadı, qalib isə Azərbaycan oldu.

(Tərcümə etdi: Orxan Tağıyev)

Tarix
2019.06.03 / 14:32
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

“Neftçi” 997 oyunçudan 73-nü seçdi

İrəvanın təxribatı: Kreml Nikolu çağıracaq – Özər

Bu kənd Bakıya qaytarılır - Vardanyan

AKP iqamətgahının qarşısında böyük izdiham - Video

AKP Ərdoğanın qələbə nitqinə hazırlaşır – Video

Qərb narahatdır ki, Rusiya niyə səfərbərlik etmir...

Polşa Ukraynaya, ABŞ Tayvana girsə... – Böyük savaş

Şok: Kremldən mediaya Azərbaycanla bağlı qadağa – Video

Bakı və Moskva razılaşdı: proses başlayır - Arkov

Surovikini kim və niyə kənarlaşdırdı? – ABŞ eksperti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla