Yuxarı

Azərbaycanda daha bir “virus” yayılıb...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva koronavirus pandemiyası dövründə məsuliyyətsizlik edən bir qrup vətəndaşa irad bildirib. Amma qeyd edib ki, bunu qurumun rəsmisi kimi yox, Azərbaycan vətəndaşı kimi yazıram.

Və statusunu heç də bütün xalqa aid etməyib. Bir qədər emosional yazsa da, düşünürəm ki, iradlarında haqlıdır: insanlarımızın bir qismi həqiqətən məsuliyyətsizlik edir, virusun yayılmasına, başqalarının ölməsinə zəmin yaradır. 3 aydır deyilir ki, evdən çıxmayın, özünüzü qoruyun. Amma hələ də bir qrup insan ağzını ayırıb gəzir, orda-burda “virus yoxdur” deyib hırıldayır... və onlardan bəziləri artıq virusa yoluxub zülm çəkir. Allah şəfa versin, inşallah, tez sağalarlar!

Əvvəlcə, onu deyim ki, mən bütün günahı insanlarımızda görmürəm. Korona məsələsində aidiyyəti qurumların, elə TƏBİB-in də günahı var. Bu başqa məsələ! Məni narahat edən isə bir qrup sosial şəbəkə terrorçusunun gənc bir Azərbaycan qadınına – R.Əliyevaya qarşı hücuma keçməsidir. Səhifələr onun bir fikrini kontekstdən çıxarıb paylaşıblar, nəticədə məsələnin məğzindən xəbərdar olan da, olmayan da ağzını qoyub murdar yola.

Ayıbdır, vallah. Nə kişiliyə sığır, nə vətəndaşlığa.

Yəqin, xatırlayırsınız, bir müddət əvvəl hansısa fəal şəhid analarını aşağılamışdı. O şəhid anaları ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan onların qarşısında baş əyib, onlara öz əli ilə su verib.

Şəhid analarını təhqir edən fəala söz deyə bilməyən kişiciklər indi gənc bir xanımı təhqir edirlər. Güclərini, daha doğrusu gücsüzlüklərini, aşağılanmışlıq kompleksindən əziyyət çəkdiklərini gənc bir qadını təhqir edərək ört-basdır etməyə çalışırlar.

Məlum fəal şəhid analarını aşağılayanda dovşan olub dillərini qarınlarına qoyanlar bir qadına qarşı canavarlaşırlar.

Bir şəxs paylaşımında yanlışa yol verib? Sizə toxunan söz yazıb? Elədirsə, tənqidinizi, iradınızı yazın. Daha söyüş söymək nədir?

Ümumiyyətlə, bu söyüş məsələsi sosial şəbəkədə xeyli geniş yayılıb. Hətta bir dəfə bir gənc Röyanı söymüşdü. Röya da kimlərəsə tapşırıq vermişdi, onu tapıb gətirmişdilər, “sındırmışdılar”.

Gərək hər söyüşdən sonra sizə də belə eləsinlər? Bu ibtidai, quldur metodu ilə hara qədər gedə bilərik?

Ölkədə virusla müharibə gedir, hamı gərgindir, insanlar doğmalarını itirir. Belə bir halda bir-birimizə düşmən olmaq bizə nə verə bilər? Heç nə! Sivil mübarizə metodunu öyrənmək lazımdır. Bu, həm sizin, həm də cəmiyyətimiz, ölkənin gələcəyi üçün zəruri şərtlərdəndir.

Görünür, bizim toplumda bəziləri koronaya yoluxmasalar da, başqa virusa yoluxublar. İlk növbədə, bu pandemiyadan – bir-birimizə düşmən olmaq virusundan sağalmalıyıq.

Tarix
2020.06.16 / 09:13
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla