Yuxarı

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Tarixi gün yaşayırıq... Təkcə ona görə yox ki, Laçın şəhəri işğaldan azad edilib. Həm də ona görə ki, 29 ildən sonra Azərbaycanın dövlət sərhədləri tam bərpa olundu. Yəni belə demək mümkünsə, Azərbaycan sərhədləri də işğaldan tam azad edildi.

Artıq xəritəmiz bütövdür, TV-də, mətbuatda qartal formalı xəritəmizin bir hissəsini alovlar içində görməyəcəyik. O alov söndü artıq.

O alovu gözünü qırpmadan özünü od-alovun içinə atan Azərbaycan əsgəri söndürdü.

O alovu ürəyimizə şəhadəti ilə əbədi od və qəhrəmanlığı ilə böyük qürur hissi qoyan şəhidlərimiz söndürdü... və əbədi bir məşəl yandırdı – Zəfər məşəli!

Mənə elə gəlir ki, işğal edilmiş rayonlarımız arasında ən çox Laçın utanıb, xəcalət çəkib. Çünki o özü də istəmədən iki yerdə cəmləşmiş (Ermənistanda və keçmiş Dağlıq Qarabağda) düşmənimizi bir-birinə bağlayıb. Özü də istəmədən bizi Qarabağdan ayırıb.

Məncə, Laçın dəhlizinin bir hissəsi içində Vətənə sevgi olan hər bir azərbaycanlının ürəyindən keçib.

Laçın dəhlizindən Qarabağa daşınan silah-sursat, tanklar, raketlər neçə əsgərimizi şəhid edib, neçəsini yarımcan qoyub. Əgər Laçının canı, hissiyyatı varsa, əminəm utanıb, əzab çəkib oğullarını şəhid edən silah-sursatın onun “sinəsi”ndən daşınmasına.

Ümumiyyətlə, Şuşa ilə yanaşı Laçının da adında izaholunmaz bir hüzn, qəribə bir rəngarənglik, melodiya var. Laçın sözünün özü belə təkbaşına musiqidir.

Musiqi demişkən, Laçın həm də bizim musiqi yaddaşımızda dərin kök salıb axı. Mənə elə gəlir ki, bu günə qədər Məhəbbət Kazımovun “Laçınım mənim” və “Ay Laçın...” xalq mahnısı da işğal altında idi. Bu gün Laçınla birlikdə o mahnılar da işğaldan azad edildi.

Bu yerdə mən bir daha dilin təfəkkür qatına toxunmaq istərdim. Ermənilər üçün Laçının əhəmiyyəti nə idi? Onlar Laçını niyə istəyirdilər? Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında dəhliz rolunu oynamasına görə.

Laçın ermənilər üçün sadəcə bir dəhliz idi, bizim üçün isə şah damarı.

Gözəl Laçın, biz qayıtdıq... Bütövlüyümüz mübarək!

Tarix
2020.12.01 / 13:46
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla