Yuxarı

Rusiyanın daha bir neft emalı zavodu fəaliyyətini dayandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın daha bir neft emalı zavodu fəaliyyətini dayandırdı

Rusiyanın ən böyük şirkətlərindən olan “Rosneft”in Ryazan neft emalı zavodu noyabrın 15-də Ukraynanın PUA hücumundan sonra xam neft emalını dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

"Neft emalı zavodunun ayın sonuna qədər fəaliyyət göstərməyəcəyi gözlənilir. Dekabrın 1-dək neft məhsullarının yüklənməsi nəzərdə tutulmayıb", - nəşrin mənbələri bildirib.

Vurğulanıb ki, dron hücumu nəticəsində baş verən yanğın Ryazan neft emalı zavodunu illik gücü 8 milyon tondan çox və ya zavodun ümumi gücünün 48%-ni təşkil edən əsas xam neft emalı blokunu bağlamağa məcbur edib.

Qeyd edək ki, daha öncə PUA hücumu nəticəsində Saratovdakı neft emalı zavodu da fəaliyyətini dayandırıb.

Tarix
2025.11.19 / 00:23
Müəllif
Axar.az
Digər xəbərlər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Növbəti raket hücumu: Türkiyə İrana cavab verə bilərmi?

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla