Avroviziya-2026-nın qalibi bu ölkə oldu - Video
02:59
| Ana səhifə Planet |
|
ABŞ Prezidenti Donald Tramp sələfi Barak Obamanın İranla diplomatik əlaqələrə dair mövqeyini lağa qoyan və hazırkı yanaşmanı əks etdirən mem (yumoristik məzmunlu şəkil - red.) yayımlayıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, o, kollajı özünə məxsus "Truth Social" platformasında paylaşıb.
Paylaşılan şəkilin üst hissəsində Obamanın İran rəsmilərinə böyük məbləğdə vəsait uzatdığı təsvir olunub. Alt hissəsində isə Trampın səmada uçuş həyata keçirən "B-2 Spirit" hərbi təyyarələrini izlədiyi görünür.
Memdə yuxarıda "Obama İranla danışıqlar aparır", aşağıda isə "Tramp İranla danışıqlar aparır" sözləri ironik müqayisə olaraq yazılıb.
Qeyd edək ki, İsrail və ABŞ İrana qarşı hərbi əməliyyata 28 fevralda başlayıb.
|
Tarix
2026.03.14 / 14:18
|
Müəllif
Axar.az
|