Yuxarı

İdmançılarımız bir gündə 5 medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdmançılarımız bir gündə 5 medal qazandı

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı sona yaxınlaşır.

Axar.az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kiloqramda medalçılar müəyyənləşib. Millimizin 5 üzvü fəxri kürsüyə qalxıb.

Hüseyn Rzazadə (48 kiloqram) finalda ukraynalı Volodimir Boykoya heç bir şans tanımayıb. Rəqibinə vaxtından əvvəl (12:0) qalib gələrək Avropa çempionu olub.

Abbas Şəfiyev (55 kiloqram) macarıstanlı Kiril Şumeykonu 13:7 hesabı ilə üstələyərək bürünc medalı boynundan asıb.
Rəşid Nazarov (65 kiloqram) finalda rusiyalı Maksim Monquşa (2:14) məğlub olub və gümüş medalla kifayətlənib.

Nihad Süleymanlı (80 kiloqram) finalda türkiyəli Emirhan Çayıra tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Hakim Tağıyev (110 kiloqram) isə bürünc medal görüşündə belaruslu Daniil Jivuladan güclü olub – 3:1.

Bu gün, həmçinin 45, 51, 60, 71 və 92 kiloqramda finalçılar müəyyənləşib.

Tunar Həsənov (45 kiloqram) gürcüstanlı Mkrtiç Canamyanı (3:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ukraynalı Marko Kvasniuka (0:2) məğlub olub. Tunar sabah bürünc medal uğrunda türkiyəli Buğra Eldemirlə güləşəcək.

İbrahim Həsənov (51 kiloqram) ukraynalı Boqdan Kazakov (10:0), rusiyalı Xalid Sonqurbekov (12:0) və belaruslu Yanis Şapartauya (10:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. İbrahim həlledici görüşdə türkiyəli Muhammed Gölhayla üz-üzə gələcək.

Vahid Məmmədov (60 kiloqram) ispaniyalı Samvel Qorqyana tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda polşalı Vitold Pavlikə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Tunar Quliyev (71 kiloqram) debütdə ermənistanlı Avetik Tutxalyana (2:15) uduzub.

Elgün Kərimli (92 kiloqram) ermənistanlı Artur Mkrtçyana (8:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Abdurazak Şabanovla bacarmayıb – 4:15. Elgün sabah təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevlə qarşılaşacaq.

Tarix
2026.05.16 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla