Yuxarı

Osmanqızı və Bakıdakı “tele-şərikləri”...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün hər bir şəbəkə fəalının, əlbəttə ki, sağlam fəalın, Azərbaycanın üzərinə təxribat istehsalı ilə basıb gələn Osmanqızı TV, Meydan TV, Azad Söz, Turan TV və s. bu kimi alabaş yayımçılarına cavab vermək, onların dövlət və xalq əleyhinə fəaliyyətinin qarşısına təkzibolunmaz faktlarla çıxmaq imkanı var. Axı bu xüsusi təyinatlı media gəlini Amerika fəaliyyətinə qədər Azərbaycanda da çalışıb. Doğrudanmı onun təhlükəli keçmişi barədə yalnız mən məlumatlıyam?!.

...Sanki birdən ayılmışıq. Sanki Sevinc indi edib həyatının, vətəndaşlıq bioqrafiyasının ilk xətasını. Amma bu belə deyil axı.

Real Təhlil və informasiya Mərkəzi neçə müddətdir ki, bu qadını, bu xanımı, bu gəlini, bu canlını təqdim edir, onun tanıtımını keçirir. Sosial şəbəkələşmiş əlahiddə bir taqım isə anonim adlar altında dərhal onun müdafiəsinə qalxır, bu şəbəkə həyalısının birbaşa göstərişilə linç kampaniyasına start verirdi. Bizim apardığımız əslində informasiya müharibəsinin özü idi. Amma onda bir sıra oyuncaq ziyalılar, üzdəniraq ekspertlər, nə vaxtsa bu təbliğat tərbiyəsizi ilə bir duz-çörək kisəsinə baş qoymuş sifətsizlər gözləmə-gizlənmə mövqeyi tutmuşdular.

Əminəm ki, elə bu gün də siz onların sifətini görməyəcəksiniz. Ona görə ki, onların sifəti sadəcə yoxdur.

Axı informasiya müharibəsi indi başlamayıb. Bu müharibədə Osmanqızının, Meydan TV-nin, Tural Sadiqli Orduxan kimi peşəkar küçə adamının cavabını onlar hələ təzə böhtanlayanda vermək lazım idi. İnformasiya müharibəsini onlarla, belə qaçaqmal idbarları ilə aparmaq lazım idi.

Baxın! Üzü-gözü eybəcərcəsinə əyilən, danışanda baxışlarını obyektivdən o yana bu yana qaçıran, psixi böhran keçirdiyi hər jestində hiss olunan bu qadın nə qədər ikrahdoğurucudur.

Osmanqızı tək deyildi ki... Məgər bu sözləri onun həftə səkkiz-mən doqquz efirə çıxarıb xəriflətdiyi Cəmil Həsənli deməmişdi? “Paşinyan çox təmiz adamdlr!”

Bir fakta da hazır olun. Deməli belə. Dinc aksiyalarda Azərbaycan Dağlıq Qarabağı heç vaxt güzəştə getməyəcəyini, ərazi bütövlüyümüzün mütləq təmin olunacağını elan edib. Bu şüarlarla dünya boyunca dinc aksiyalar keçirən soydaşlarımız erməni vəhşiliyinin hədəfi olub, qanlarına qəltan edilib. Başqa ölkələrin vətəndaşları olan, amma Qarabağ adına, həqiqət adına aksiyalara qatıldığına görə erməni terroru ilə üzləşən bu insanlar məxsus olduqları ölkələrin hüquq-mühafizə orqanlarının iştirakı ilə onlara hücum edənlərin tanınmasına cəlb olunur. Hər yerdə qayda belədir. Səni döyəni, sənə zərər yetirəni, səndən oğurlayanı tanımaq üçün dəvət olunursan, hadisə rayonuna aparılırsan. Bu təhqiqat, istintaq, araşdırma şərtidir. Bakıda da, Brüseldə də.

Bəs nə baş verir?

Almaniyada yaşayan, Osmanqızı-Kərimli güruhunun Avropadakı fəal üzvü Camal Əli adlı bir dırnaqarası soydaşımız, vətən nifrətlisi Belçika polisinə rəsmi qaydada müraciət edir ki, Azərbaycan qrupları ermənilərə qarşı teraktlar hazırlayır! Və ya erməni platformasında birləşən başqa bir xain. Nə vaxtsa diplomat olmuş Arif Məmmədov. Onun çıxışını bu gün qondarma Dağlıq Qarabağ respublikasının kanalları yayır. Buyurun. Baxın. Dünyanın bütün azərbaycanlıları dinc aksiyalarda ayağa qalxaraq Qarabağın Azərbaycana məxsus olduğunu, Ermənistanın aqressor olduğunu, işğalçı olduğunu bəyan edir! Hamı eyni həqiqəti söyləyir! Vətənə, dövlətə xəyanəti üstündə olan Arif Məmmədov isə separatçı Dağlıq Qarabağ üçün bunu deyir: “Biz başa başa düşməliyik ki, bütün bunlar daxili problemlərdən xalqı yayındırmaq məqsədilə edilir! Biz bunu başa düşməliyik! Bunu daxili problemlərdən fikri yayındırmaq üçün edirlər!”

Bu isə Osmanqızının məslək yoldaşı, ideya müttəfiqi Vidadi İsgəndərli. İndi onun çıxışından bir kiçik parçaya qulaq asın. O da Sevinc kimi erməniləri düşmən hesab etmir: “Ermənilər bizə nə pislik ediblər ki...” – deyir Vidadi İsgəndərli.

Bu isə iki oğlunu hərbi xidmətdən yayındıraraq xaricə qaçıran, uğursuz siyasətçi Əli Kərimlinin Türkiyə üzrə nümayəndəsi Kamil Vəli Nərimanoğlunun xalqın ruhunun sınmasına hesabladığı namərd mesajı. Milli ruhun ən yüksək nöqtədə bərqərar olduğu, atanın şəhid övladının alnından öpüb əbədiyyətə yola salandan sonra Azərbaycan bayrağını oğlu yerinə qəbul etdiyi vətənpərvərlik atmosferinə hansı zəhəri üfürür.

Vicdansızcasına: “Şəhidlər bizim, ölkənin sərvəti sizin”.

İki övladı fərari! Hər şeydən görünür ki, qaragüruhun əsas ideoloji platforması ermənilər ilə iş birliyi, onlarla eyni qafanı, vahid konsepsiyanı paylaşmaqdır. Ermənistan kimi qaragüruhun da əsas qorxusu xalqın Qarabağ uğrunda möhtəşəm həmrəyliyindəndir. Elə ona görə də 15 iyulda xalqın orduya dəstək aksiyasını Milli Məclisin ələ keçirilməsinə yönəldən güruh məndən ötrü Ermənistanın müttəfiqidir. Çünki bu addım da Tovuz istiqamətində erməni fəallaşmasıtək eyni ocaqdan od götürür. İsti-isti yaxalanan, hüquq-mühafizə orqanlarında sərbəst ifadə verən, əməllərini etiraf edən şəxslər 15 iyulun mahiyyətinin açılmasında yaxından iştirak edirlər.

Yenidən yadımıza salaq. O günlər xoş məramlı dinc aksiyanı iğtişaşa sürükləyənlərin önündə kim və hansı kanallar gedirdi: Meydan TV, Azad Söz, Osmanqızı və Bakıda fəaliyyət göstərən bir sıra internet TV-lər. Yeri gəlmişkən, növbəti verilişlərdə onların da adlarını, məramlarını açıqlayacağıq...

Tarix
2020.07.26 / 23:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Leyenə rəqib axtarır - "Blumberq"

"Qarabağ" Azərbaycan Kubokunun finalında!

Moldova XİN-in binasında axtarış aparıldı

Daha bir idmançımız Avropa çempionu oldu

Ukraynada baş verənlərə görə məsuliyyət onlarındır

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Rus ordusunda fərarilik rekord həddə qalxdı

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla