Qarabağ surəsi
Kimin yadında deyilsə, yadına salacağıq (1) Televizorda da
göstərdilər o ananı (2) Otaqda qız nəvəsi ilə (3) ana danışdı ki,
ermənilər gəlib qəfil üstümüzü aldılar (4) Vuruşan vuruşurdu,
qaçan-qaçırdı (5) Yadınızdadırmı, ana ağlaya-ağlaya danışırdı ki,
oğlumu, yəni, bu uşağın atasını ermənilər əsir tutdular (6)
Yadınızdadırmı, söhbətin burasına çatanda qız ağlaya-ağlaya o
biri otağa qaçdı (7) Oğlumun körpə oğlu, bu körpə qız, bir də mən
qışqıra-qışqıra qalmışdıq (8) Ermənilər oğlumdan soruşdular ki, bu
uşaqlar sənindirmi (9) Oğlum dedi, hə, mənimdi (10) Dedilər, denən,
Qarabağ ermənilərindi, səni buraxaq (11) Oğlum bir bizə baxdı, bir
ermənilərə, dedi Qarabağ bizimdi (12) Ermənilər dedi, ayə tərslik
eləmə, denən Qarabağ ermənilərindi, səni buraxaq (13) Mən də
qışqırdım, uşaqlar da ətəyimdən tutub qışqırışırdılar (14) Bax bu
qız nəvəm qışqırırdı ki, ata, denən onlarındı, qoy səni
öldürməsinlər (15) Oğlan nəvəm lap körpə idi, ağlı o qədər
kəsmirdi, o eləcə qışqırıb ağlayırdı (16) Yadınızdadırmı, ana
söyləyirdi ki, mən də ağlaya-ağlaya yalvarırdım ki, oğul, denən
onlarındı, balalarını yetim qoyma (17) Oğlum yenə dedi Qarabağ
Azərbaycanındı (18) Ermənilər oğlumu məftillə ağaca sarıdılar (19)
Dedilər, denən Qarabağ ermənilərindi (20) Oğlum dedi, Qarabağ
bizimdi (21) Döydülər-döydülər, ay allah, dedilər denən (22)
Uşaqlar atasının bu halına baxıb mələşir, mən ağlayıb oğluma
yalvarıram (23) Ancaq bizi ona yaxın buraxmırlar (24) Erməninin
biri oğlumun üstünə benzin tökdü (25) Qız qışqırdı ki, ay ata,
qurban olum, səni yandıracaqlar, de (26) Oğlum bizə baxıb qışqırdı
ki, Qarabağ Azərbaycanındı (27) Erməni əlində kibriti yandırıb dedi
ki, axırıncı dəfə deyirəm, desən Qarabağ ermənilərindi, səni
buraxacağıq (28) Oğlum dedi ki, mən o sözü deməyəcəm (29) Erməni
yanan çöpü ona tərəf atdı (30) Oğlum qışqıra-qışqıra yanırdı (31)
Mən onun balalarını ordan aralayıb qaçırdım (32) Ancaq körpələr
qışqıra-qışqıra geri, yanan atalarına baxırdılar (33) Mən körpələri
qolubağlı alovun içində qışqıraraq yanan oğlumun səsindən
uzaqlaşdırırdım (34) Oğlumun harayı o gündən bir dəqiqə də olsun nə
yuxuda, nə də ayıq olanda qulağımdan getmir (35)
Ananın televizorda danışdığı bu əhvalat yadınızdadırmı? (36)
Qarabağ uğrunda mütləq müharibə etməlisiniz (37) Ey
azərbaycanlılar, bu yolda sizə kim mane olursa, onu öz yolunuzun
üstündən cəhənnəmə vasil eləyin (38) Qarabağ o yanan oğlanındır,
onu haqqını özünə qaytarmalısınız! (39)