Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2019


Əliyevdən dərs almış kadr: onu vurmağa çalışırlar

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternet mediada Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqqında bir sıra xoşagəlməz yazılara rast gəldim. Sağlam, etik tənqiddən uzaq, yalnız ləkələməyə, nüfuzdan salmağa hesablanmış bu əməlləri kim(lər) həyata keçirir, bilmirəm. Amma bildiyim bir neçə məsələni yazmaq istəyirəm.

Mənim cənab Əli Həsənovla şəxsi tanışlığım olmadığına görə əmin olun, burada yazdıqlarımın bəzilərinin düşündüyü kimi, mənə mənzil verilməsi ilə heç bir əlaqəsi yoxdur. Hamınıza məlumdur ki, həmin məsələ tanınmış ictimaiyyət nümayəndələrinin cənab Prezidentə müraciəti əsasında həll olunub. Ona görə bu fikirləri tamamilə obyektiv və səmimi mövqeyim kimi qəbul edin.

Əli Həsənov ölkənin milli maraqlarını hər cür şəxsi və qrup maraqlarından üstün tutan əqidəli və sadiq dövlət xadimidir. O, eyni zamanda, dahi Heydər Əliyevdən dərs almış təcrübəli kadr və peşəkar siyasətçidir.
İstənilən dövlətin idarəetmə strukturunda Əli Həsənov kimi beş-altı şəxs olsa, həmin ölkədə daim daxili sabitlik, sakitlik, qonşularla heç vaxt gərgin olmayan diplomatik münasibətlər davam edər. Əli Həsənovun gərgin situasiyalarda emosiyaya qapılmayan, provokasiyaya uymayan soyuq təmkini, hər bir çətin vəziyyətdən zərərsiz çıxmağı bacaran əsl siyasətçi məntiqi var.

Ümumiyyətlə, ölkəsinin inkişafını özünün fəaliyyət prinsipinə çevirmiş uğurlu bir dövlət adamı üçün ən vacib keyfiyyətlər bunlardır:

Praqmatik və çevik zəka

Siyasi ayıqlıq

Dövlətə və dövlətçiliyə sədaqət

Milli maraqlarda güzəştsizlik.

Bu xüsusiyyətlərin hamısı Əli Həsənovun portretini müəyyənləşdirən cizgilərdir.

Belə dəyərli dövlət adamları təmsil etdikləri xalqın mənəvi sərvəti hesab olunur.

Və bu cür şəxsiyyətlərə bilərəkdən qara yaxmaq, nüfuzlarına xələl gətirmək cəhdləri yalnız və yalnız bu ölkənin yaxşılığını istəməyən qüvvələrə lazım ola bilər. Həmin qüvvələr satın ala bilmədikləri yüksək çinli dövlət məmurlarını namərd yollarla “vurmağa” çalışırlar. Sözüm sadəlövhcəsinə belə çirkin oyunlara alət olan sadə vətəndaşlaradır.

Dövlət xadimi həm də dövlətin simvolu sayılır. Dövlət xadiminə qarşı tərbiyəsiz davranış dövlətə, dolayısı ilə vətənə hörmətsizlik deməkdir. Dövlətinə hörmətsizlik edən kəslər isə bütün mənəvi ucalıqlardan yıxılıb ölmüş adamlardır. Bu siyasi meyitlərə inanmayın. Bilin ki, onlar sizə sosial şəbəkə tilovlarındakı yem kimi baxırlar.

Tarix
2019.09.11 / 19:10
Müəllif
Murad Köhnəqala
Şərhlər
Digər xəbərlər

Gələcəyi görən Ağ Şaman: "Danışa bilmərəm"

Yanan oğlanın haqqını qaytarın

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla