Yuxarı

Vətənin yanındasan, ya düşmənin?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 1-dən başlayaraq üç gün ərzində yaşanan son hadisələrdə sosial şəbəkə istifadəçiləri içərisində çox nadir də olsa, müharibəyə dəstək verməyən tapıldı.

O şəxsləri iki kateqoriyaya bölmək mümkündür. 1) Dünyagörüşü dar olan pasifistlər; 2) Mövcud iqtidara müxalif olanlar…

Bu izahatıma qədər hər iki zümrəni bağışlamaq olardı, amma bunu oxuyub fikrini dəyişməyən, "vətən xaini" deməyəcəm, ən azı, zay adamlardır.

Açıqlaması: a) I Qarabağ müharibəsi zamanında döyüş meydanından qaçanların bənzər arqumentləri vardı: cəbhəçilər qarpız satandır, rüşvətxordur, qarabağlılar torpağı ermənilərə satıb, biz niyə vuruşaq?

Bu cür fikirlərin hamısı döyüş qabiliyyətinin azalmasına səbəb olurdu. Xalqımızı əzmək üçün ruslar içimizə "satqınlıq xofunu" ta 200 ildən bu yana salıb, bu da "parçala və hökm sür" taktikasının bir növüdür. Bu cür düşüncənin yıxıcı nəticələrini görmək üçün Laçın və Füzulini də bənzər inanclar səbəbi ilə itirdiyimizi yada salmaq istəyirəm.

Xatırlayın, Çingiz Mustafayev Laçından qaçan əsgərləri durdurmaq istəyəndə həmin əsgərlər əsassız yerə "bizi satıblar" kimi təxribata uymuşdular. Füzuli də tam boşaldıldıqdan 3 gün sonra ermənilər tərəfindən ələ keçirilmişdi.

b) Müxaliflik daxili siyasətə aid məsələlərdir. Xarici siyasət isə siyasi yox, milli maraqlara aid məsələləri əks etdirdiyi üçün Qarabağ kimi ümummilli məsələdə daxili siyasi iddialar öz təsirini göstərməməlidir. Qarabağın bizə qayıtması gələcək nəsillər üçün qoyacağımız bir əmanətdir.

c) Pasifizmə gəldikdə, bunun səbəbləri müxtəlif ola bilər. Bunlardan bir hissəsi xristianlığı özünə yaxın görənlər, digərləri isə tam tərsinə, radikal dindarlar olub, Qarabağa cihad kimi baxmayanlardır (bunlar pasifist deyil). Yenə bir qrup pasifist milli mədəniyyət, milli məfkurə kimi dəyərlərdən uzaq qalıb və başqa mədəniyyətləri mənimsəyənlərdir ki, bunlar da Avropa tolerantlığı ilə işğalın qanunsuzluğu arasındakı tarazlığı dünyagörüşünün azlığı səbəbi ilə qura bilmirlər.

d) Xarici işğala qarşı hansısa sərbəst fikrin demokratik dəyərlər arasında yeri yoxdur. Bunun isbatı odur ki, bütün demokratik ölkələrin cinayət qanunvericiliyində vətənə xəyanət, casusluq maddələri var.

Bu qədər izahatdan sonra sosial şəbəkədəki o nadir şəxslərə - lap bir nəfər də olsa - deyirəm: Vətənin yanındasan, ya düşmənin?

Tarix
2016.04.07 / 08:45
Müəllif
Fərhad Mehdiyev
Digər xəbərlər

Zəngəzur yolu dəhlizdir? “Dəhliz” nə deməkdir?

Siz nə edirsiniz: KM səhvi sizin xeyrinizədir, axı…

Kredit borcu: hansı halda həbs ola bilər?

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Avropada millətçilik niyə artır?

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

Lamiyə niyə aktuallaşdı?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla