Yuxarı

Rusiyadan Azərbaycana sevgi nümayişi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Azərbaycana sevgi nümayişi - Video

Rusiyanın NTV telekanalının bu günkü "Poedem, poedim!" (Gedək, yeyək! – red.) verilişi aparıcı Con Uorrenin Bakıya səfərinə həsr edilib.

ANS-in məlumatına görə, müəllif Bakıda, Gəncədə, Naftalanda və Göygöl rayonunda olub.

Səfəri zamanı Azərbaycan mətbəxi ilə tanış olan Con Uorren həm də ölkəmizə məxsus özəllikləri nümayiş etdirir. Konkret olaraq, o, neftlə çimir, yerli əhalinin "badımcan" adlandırdığı taksi ilə gedir, həmçinin əcəb-sandal bişirir.

Odlar Yurdunda Con Uorrenin maraqlı əməllərindən biri də "Brilyant əl" filminin məşhur qəhrəmanını imitasiya etməsidir. Sən demə, Naftalan nefti ilə vanna qəbul edən jurnalist bir anlığa özünü "Brilyant əl" filminin qəhrəmanı kimi hiss edir. Ona elə gəlir ki, qollarına sarğı bağlayaraq, içinə qızıl doldururlar. Amma ayılanda görür ki, qollarındakı "qara qızıl"dır.

Con Uorren daima maraqlı qeyri-adiliklərin axtarışında olan pozitiv aparıcıdır. O, Bakıda da öz ampluasına sadiq qalıb. Azərbaycan paytaxtında Uorren yanğınsöndürən forması geyinərək Yanardağı söndürmək istəyib.

Daha sonra smokinq geyinmiş rusiyalı jurnalist "Yaxşı yaşamağı heç kim qadağan edə bilməz!" deyərək ağ "Ferrari"yə minib və Azərbaycan paytaxtını gəzib.

NTV telekanalının çəkiliş qrupunun Bakı səfəri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub. Nazirilyin beynəlxalq fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycan turizminin dünyada təbliğidir.

Tarix
2016.04.24 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İordaniyanın baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

Prezidentin Türkiyə səfəri ilə bağlı yeni paylaşım - Video

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla