Yuxarı

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İrandakı rejim Hörmüz boğazını açmaqla strateji qərar verdi. Tehran boğazı açmasaydı, ABŞ da boğazdan tankerlərin çıxışını və girişinı nəzarətdə saxlamaqla neft satışında İrana problemlər yaşadacaqdı. Bu isə İranın iqtisadi vəziyyətini daha da ağırlaşdıracaqdı. Ancaq İrandakı rejim Vaşinqtondan qarşılıq almadan boğazı açmaq istəmirdi. Çünki bu, rejimin geri addımı kimi qiymətləndiriləcəkdi. Rejim belə bir görüntü vermək istəmirdi. Bu olmasın deyə, Tehran “İsrail Livana qarşı əməliyyatı dayandırsın” tələbini irəli sürdü.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Zatən İsrail artıq Livandakı hərbi əməliyyatı bitirmək barədə düşünürdü. Bir hərbi əməliyyatla Livandakı Hizbullah hərəkatını bitirmək praktik baxımdan mümkün deyil. Əksi olsaydı, İsrail 40 il ərzində Livanda keçirdiyi müxtəlif hərbi əməliyyatlar vasitəsilə hərəkatın sonunu gətirərdi. Ona görə də İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın çağırışına etiraz etməyərək, Livanla atəşkəsə, hətta Beyrutla danışıqlara başlamağa razılaşdı.

İsrail-Livan atəşkəsi İran rejiminin “Hörmüz boğazını açdıq” elanına şərait yaratdı. Buna cavab olaraq da ABŞ-ın boğazı mühasirədə saxlamasına ehtiyac qalmayacaq. Razılaşma enerji qiymətlərini sabitləşdirməyə və beynəlxalq aləmin rahat nəfəs almasına imkan verəcək. Bunun nə qədər çəkəcəyini isə İranla ABŞ arasındakı gələcək danışıqların gedişatı göstərəcək.

Hər halda tərəflər yeni müharibədən yayınmağa çalışırlar. Yorğunluq var. Ancaq Hizbullah İsrailə raket zərbəsi endirərsə, vəziyyət yenidən gərginləşəcək. Odur ki, SEPAH yeni müharibə və Hörmüz boğazının yenidən qapadılmasını istəmirsə, Hizbullahdan atəşkəsə riayəti tələb etməlidir”, - politoloq vurğulayıb.

Tarix
2026.04.17 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla