Yuxarı

Afaq Aslan: “Yalnız mənim bədənim...”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəfələrlə demişəm ki, müğənnilik, səhnədə olmaq mənim üçün bir hobbidir. Səhnədə olan zaman özümü daha rahat hiss edirəm. Sonuncu fotosessiyam sözün əsl mənasında müzakirələrə səbəb oldu.

Bu sözləri müğənni Afaq Aslan modellik fəaliyyətinə başlaması haqda Axar.az-a danışarkən deyib. O, Türkiyədən bununla bağlı təklif aldığını bildirib:

"Xatırlayırsınızsa, bu yaxınlarda açıqlama vermişdim ki, Türkiyədə bir şirkətlə müqavilə bağlamışam. Məhz həmin şirkət mənim yaradıcılıq işlərimə yardım edəcək. Bundan başqa, məni model sahəsində də tanıdacaq. Bir sözlə, müğənniliklə yanaşı, modellik də edəcəyəm. Modelliklə bağlı Azərbaycandan da təkliflər aldım, amma qonorar məsələsində razılığa gələ bilmədik. Şou-biznesdə qadınlar arasında bədən parametrlərinə görə modelliyə uyğun 2-3 müğənnidən birincisi özüməm. Özündənrazılıq kimi çıxmasın, yalnız mənim bədənim modelliyə uyğundur. Bəzi xanım müğənnilər efirə elə geyimdə çıxır ki, elə bil, mətbəxdən səhnəyə çıxıblar. Sonuncu çəkdirdiyim şəkillərimə görə məni qınayanlar çox oldu. Bütün bunlar məni daha da ruhlandırdı. Demək, mən varam ki, bəzilərinin yerini narahat edirəm".

Tarix
2016.07.22 / 22:16
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla