Yuxarı

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumunda çıxışı zamanı Qazaxıstanın Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməklə bağlı təklifini qəbul etdiklərini bildirdi. Ermənistan da təklifi qəbul edərsə, Bakı və İrəvan Astanadan danışıqlar platforması kimi istifadə edəcək, lakin yalnız platforma kimi. Əliyev də bildirir ki, söhbət hansısa vasitəçilikdən getmir.

Astananın vasitəçi kimi yox, platforma-məkan kimi istifadə edilməsi iki səbəbdən qaynaqlanır.

Birincisi, Qazaxıstan vasitəçi kimi iştirak edərsə, bu, digər oyunçuların – Rusiya və Qərb ölkələrinin də “vasitəçilik” istəklərinin yenidən aktuallaşması ilə nəticələnə bilər;

İkincisi, Bakı İrəvanla üçünücü tərəflərin iştirak etmədiyi ikitərəfi formatda danışıqlar aparmaqdan yanadır: hazırda bu format üzrə inkişaf var, xüsusilə 4 kəndin qaytarılması prosesin birbaşa təmas çərçivəsində aparılmasının daha effektiv olduğunu göstərdi;

Prosesdə “vasitəçi” kimi iştirak edənlər öz maraqlarını təmin etməyə çalışdığı üçün üçtərəfli formatda nəticə əldə etmək mümkün olmur. Qərb və Rusiyanın vasitəçiliyində bu təcrübə var. Bu baxımdan, ikitərəfli formatın əhəmiyyəti daha çoxdur, lakin tərəflərin məkan olaraq üçüncü ölkədən istifadə etməsi zərurəti də yarana bilər. Bu halda seçiləcək məkan-platforma bir neçə aspektdə qiymətləndirilməlidir:

1. Məkan olaraq istifadə edilən ölkənin Bakı-İrəvan danışıqlarında öz maraqları olmamalıdır;

2. Qərb və Rusiya həmin məkanla bağlı uzlaşmalıdır, əks təqdirdə, prosesə bu və ya digər formada müdaxilə cəhdləri ola bilər;

Qazaxıstan bu baxımdan unikal məkan hesab oluna bilər: Astana Bakı və İrəvan danışıqlarında Qərbə və Rusiya kimi şəxsi maraqlarını güdməyəcək; Qazaxıstanın həm Qərblə münasibətləri normaldır, həm də Rusiya ilə eyni ittifaqlarda yer alır, hər iki tərəf danışıqların məkanı kimi Astananın seçilməsini alqışlaya bilər; bu ölkə sülh danışıqları üzrə “Astana formatı” təcrübəsinə də malikdir.

Tarix
2024.04.25 / 17:55
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla