Yuxarı

Nazir: Bizi yoxlamaq lazımdır ki...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dopinqlə bağlı idmançılara psixoloji təzyiq göstərmək düzgün deyil. İdmançıları yoxlayan idman qurumlarını, bizi, yəni nazirliyi, olimpiya komitəsini yoxlamaq lazımdır. Bizi yoxlamaq lazımdır ki, görsünlər biz idmançıları necə yoxlayırıq, bu işi necə təşkil edirik. Siz bizi yoxlayın və bizdən tələb edin.

Trend-in məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

A.Rəhimov deyib ki, gələcəkdə dopinqin bir alət və ya vasitə kimi siyasətdə və digər məsələlərdə istifadə edilməsindən çox narahatdır.

Nazir qeyd edib ki, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarına gedəcək bütün idmançılar dopinq analizindən keçib: "Bütün analizlər WADA-nın dopinq testindən keçib. Ən sonda boksçuların qan analizləri Köln laboratoriyasında yoxlanılıb və qəbul edilib. Dopinqlərdən keçməməyimizlə bağlı beynəlxalq təşkilat tərəfindən səslənən fikirlər doğru deyil. Bu yanaşma səhvdir".

Nazir qeyd edib ki, oyunçuların təhlükəsizliyi ilə bağlı heç bir narahatlıq yoxdur: "Onlar avtobuslarla aparılıb-gətiriləcək. Bircə turistlətlə bağlı narahatlıq var. Onlara da bildiriləcək ki, polislər tərəfindən tam qorunmayan yerlərə getməsinlər. Komandamızın bir hissəsi 12-15 avqustda Bakıya qayıdacaqlar".

Tarix
2016.07.25 / 13:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla