Yuxarı

İrəvanda etirazı Sərkisyan özü təşkil edib – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı proseslər belə zəif sürətlə davam edirsə, deməli, bu, uydurulmuş bir ssenaridir və iki məqsədi var: Sərkisyanın Rusiyaya təzyiqinin təmin edilməsi və ən əsası, onun danışıqlar prosesinə qatılmasının əngəllənməsi.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri bildirib ki, Ermənistanın əsas niyyəti məhz danışıqlar prosesinin pozulmasıdır:

"Azərbaycanın razı olmadığı və Rusiyanın təklif etdiyi yol xəritəsinə Ermənistan heç hazır deyil. Halbuki biz bunun tamamilə yenidən işlənməsini və Azərbaycanın ərazi bütövlüyünü nəzərə almaqla yerinə yetirilməsini tələb etmişik. Düzdür, Ermənistanda Sərkisyan hökumətindən narazılıq var. Xüsusən də yerli ermənilər "Qarabağ klanı" deyilən, Qarabağdan gəlmə ermənilərindən narazıdırlar. Hərəkatların miqyasının zəif olması və özəlliklə, Levon Ter Petrosyan, Dəmirçiyan kimi müxaliflərin prosesə qatılmaması çox ciddi şübhələr doğurur. Fikir verin, danışıqlar prosesi yaxınlaşdıqca Ermənistanda bu qarışıqlığın miqyası bir az da genişlənir. İrəvanda baş verənlər bəlli ssenaridir. Əgər Sərkisyanı devirmək istəyirlərsə, onda bütün İrəvan qarışmalıydı. Vaxtilə İrəvana Gümrüdən tutmuş ta cənub şəhərlərinə qədər, hər yerdən müxaliflər qoşulur, ümumilli etiraz dalğası bütün ölkəni bürüyürdü. İndi isə 8 nəfərin çıxışı ilə başlayan və 200-300 adamın iştirakı ilə bir müxalif hərəkat həyata keçirilir. Hesab edirəm ki, bu qədər kiçik bir hərəkatı yatırtmaq xüsusi qüvvələrin əlində uzağı yarım saatlıq bir işdir. Adi polis qüvvələri belə İrəvandakı etiraz dalğasını beşiyindəcə boğa bilər. Bütün bunlar baş vermirsə, bu idarəedilən proses anlamına gəlir".

Politoloqun fikrincə, Qarabağ klanına qarşı mübarizə prosesinə müxalifətin çox qarışmaması və yaxud öz üzvlərini sərbəst buraxmaq taktikası göstərir ki, onlar bu məsələyə ciddi yanaşmırlar:

"Halbuki İrəvanda müxalifət üçün bu gün çox əlverişli bir situasiya yetişib və istənilən vaxt erməniləri ayağa qaldırmağa əllərində kifayət qədər səbəblər var. Ancaq bunların heç biri baş vermir. Bir neçə gün də gözləmək lazımdır. Əgər proseslər belə zəif sürətlə davam edərsə, bunun uydurulmuş bir ssenari olduğu tam çılpaqlığı ilə üzə çıxacaq. Paris görüşünü pozmaqla sülh prosesinə kölgə salmağa çalışırlar. Çünki sosial etirazlar cüzi bir qığılcama bənddir ki, bütün ətrafı alova qərq etsin. Əgər İrəvanda bunun əksi baş verirsə, deməli, Ermənistandakı qəribə sosial etirazlar birbaşa idarəedilən proseslərdir".

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Növbəti görüşün isə avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.

Bir müddət öncə "Yeni Ermənistan" İctimai Xilas Fondunun lideri Jirayr Səfilyanın tərəfdarları Erebunidəki Patrul-mühafizə alayının binasına hücum ediblər. Binanı ələ keçirən qiyamçılar J.Səfilyanın azad edilməsini, Ermənistan hakimiyyətinin istefa verməsini tələb edirlər.

Tarix
2016.07.31 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla