Yuxarı

Qəbələdə musiqi axşamı davam edir - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələdə musiqi axşamı davam edir - Foto

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində yerli və xarici tamaşaçılar üçün fortepiano musiqisi axşamı təşkil edilib.

Axar.az xəbər verir ki, avqustun 5-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdə Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan pianoçu Nərmin Nəcəfli, Bilkent Universitetinin və Ankara Şopen Musiqi Mərkəzinin müəllimi, pianoçu Nurlan Bağırov, Bilkent Universitetinin müəllimi, türk pianoçusu Çiğdem Çilesiz iştirak ediblər.

Konsertdə Avropa və Azərbaycan bəstəkarları V.A.Motsart, K.Debüssi, F.List, S.Raxmaninov, A.Piazolla, K.Qardel, S.Rüstəmov, T.Quliyev və F.Bədəlbəylinin əsərləri səsləndirilib.

Musiqiçilərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tarix
2016.08.05 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla