Yuxarı

Putin Sərkisyanı niyə Moskvaya çağırdı? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Sərkisyanı niyə Moskvaya çağırdı? – Şərh

Putin Sərkisyanı Moskvaya çağırmaqla Rusiya ilə Ermənistan rejimi arasındakı bəzi pərdəarxası suallara aydınlıq gətirmək istəyir.

Bu barədə Axar.az-a açıqlama verən politoloq Fikrət Sadıqov Serj Sərkisyanın Moskva səfəri ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Politoloq bildirib ki, Sərkisyanın üzdə olan uğursuz bəyanatları zəif bir liderin artıq Ermənistanda mürəkkəbləşən vəziyyəti ələ ala bilməməsindən xəbər verir:

"Azərbaycan, Rusiya və İran prezidentlərinin timsalında kifayət qədər mühüm məsələlərin müzakirə olunacağı Bakı görüşü əslində çox diqqət çəkir. Bu görüş regionda öz sözünü deyəcək və bir çox müsbət proseslərin başlanğıcını qoyacaq. Görüşün fokusunda mütləq Dağlıq Qarabağ məsələsi var və problemin həllinə dair müəyyən təkliflər irəli sürülə bilər. Hətta İlham Əliyevlə Vladimir Putin arasında müəyyən razılıqların əldə olunması istisna deyil. Bu razılıqlar fonunda Sərkisyanın Moskvaya çağırıldığını ehtimal etməyə də əsaslar var".

Rusiya və Ermənistanın kompromislər axtarışında olduğuna işarə edən politoloq bu yerdə Moskvanın İrəvana təzyiqini mümkün sayıb:

"Azərbaycanın mövqeyi prinsipialdır, Dağlıq Qarabağın həlli birmənalı şəkildə ərazi bütövlüyümüz çərçivəsində həllini tapacaq. Putin Bakının önəmini bilir, məhz Azərbaycanın risklərə qarşı birgə mübarizədə rolu və irimiqyaslı layihələrdə iştirakı Moskvanın diqqətindədir. Bu, özlüyündə Dağlıq Qarabağın həllinə də təsir göstərir. Düşünürəm ki, Sərkisyan Moskvaya elə ona görə çağırılır ki, bu məsələlər yenidən gündəmə çıxsın və ola bilsin, İrəvana müəyyən təzyiq də edilsin. Əks təqdirdə, vəziyyət yenidən gərginləşəcək".

Qeyd edək ki, Putin avqustun 8-də Bakıda Prezident İlham Əliyev və Prezident Ruhani ilə bir araya gələcək, avqustun 9-da Sankt-Peterburqda Türkiyə Prezidenti Ərdoğanla görüşəcək, avqustun 10-da isə Moskvada Sərkisyanı qəbul edəcək.

Tarix
2016.08.07 / 10:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla