10:53
İran Prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycana
rəsmi səfərə gəlib.
APA-nın
məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda İran
prezidentini baş nazirin birinci müavini Yaqub Eyyubov və digər
rəsmi şəxslər qarşılayıblar.
H. Ruhani bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək,
sabah isə Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə
üçtərəfli görüşə qatılacaq.
***
Avqustun 7-də Azərbaycan
Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının
Prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi
olub.
Axar.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının
dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul
dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham
Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam
Respublikasının Prezidenti Həsən Ruhanini qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport
verdi.
İranın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və Prezident Həsən Ruhani fəxri qarovul
dəstəsinin qarşısından keçdilər.
İran Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Həsən
Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə
təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında
prezidentlərin qarşısından keçdi.
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən
Ruhani rəsmi foto çəkdirdilər.