Yuxarı

FETÖ-da qadınlara nə edirdilər? - Məxfi ifadə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
FETÖ-da qadınlara nə edirdilər? - Məxfi ifadə

FETÖ əməliyyatı çərçivəsində təşkilatdakı qadınların fəaliyyəti ilə bağlı yeni detallar üzə çıxıb.

Axar.az xəbər verir ki, Ankara Respublika Prokurorluğunda hazırlanan iddianamədə təşkilatda "bacı" adlandırılan qadınların, ən azı, kişilər qədər aktiv olduğu yazılıb:

"Bacılar" qız tələbələrin ailələri ilə görüşüb, onlara övladlarını pis vərdişlərdən uzaq tutmağı və yaxşı təhsil verməyi vəd edir. Beləcə, qızlar təşkilatın evlərində yaşamağa başlayır. Burada onlara Fətullah Gülənin videoları izlətdirilir. FETÖ-dən ayrılmaq istəyən qızlar haqqında şayiələr yayır, onun "pis qız" olması ilə bağlı təəssürat yaradırlar. "Bacılar" təşkilatdakı qızları evləndirərək, onların təşkilatdan çıxmasının qarşısını alırlar".

Bir müddət FETÖ-də fəaliyyət göstərən və adının gizli saxlanılmasını istəyən bir müəllimə ona verilən tapşırıqlardan danışıb:

"Mənə dedilər ki, heç bir halda kişi ilə yaxın münasibətdə olmamalı, makyaj etməməliyəm. Tələbələrim MİT, TSK və təhlükəsizlik əməkdaşlarının övladları idi. Bəhanə ilə həmin tələbələrin evlərinə gedib, valideynləri haqda məlumat toplayırdım. Onlarla dünyagörüşləri, varidatları ilə bağlı söhbət edirdim, səslərini yazıb "bacı"lardan birinə göndərirdim"

Tarix
2016.08.07 / 20:25
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla