Yuxarı

Stalindən qəddar lider: 45 milyon insanın qatili - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stalindən qəddar lider: 45 milyon insanın qatili - Foto

Dünya tarixində ən böyük kütləvi qətllər hələ də araşdırılmamış qalır.

Axar.az xəbər verir ki, Çin Xalq Respublikasının ilk lideri Mao Tsedun Adolf Hitler və ya İosif Stalindən heç də geri qalmayıb. Onun 1958-1962-ci illəri əhatə edən "Böyük sıçrayış" siyasəti təxminən 45 milyon insanın həyatına son qoyub.

"Maonun böyük aclığı" kitabının müəllifi, tarixçi Frank Dikötter bu yaxınlarda "Histori Tudey" qəzetində məhz "Böyük sıçrayış"dan danışıb:

"Mao düşünürdü ki ölkə boyu kəndliləri nəhəng icmalarda toplayarsa, ölkəsi rəqiblərini geridə qoya biləcək. Bir utopik cənnət arzusu ilə hər şey kollektivləşdirildi – insanların işi, evi, torpağı, mülkiyyəti və dolanışıq vasitəsi kollektivə aid idi. Kollektiv yeməkxanalarda hər kəsin gördüyü işə görə paylanılan yemək hökumətin əlində insanları zorla partiyanın hər bir əmrinə tabe etmək üçün silaha çevrildi. İş üçün stimul qalmayanda, ac fermerlərə qarşı zorakılığa əl atmağa başladılar.

Fəlakətin miqyası gündən-günə böyüyürdü. Əhalinin sayını göstərən statistik qiymətləndirmə aclıq üzündən on milyonlarla insanın həyatını itirdiyini təsdiqləyirdi. Hadisənin həqiqi miqyası ancaq indi, o dövrün partiya tərəfindən dəyişdirilmiş rəqəmlərinin əsli ortaya çıxdıqdan sonra məlum olur.

2-3 milyon şəxs ən xırda səhvlərə görə öldürülüb. Məsələn, Hunan əyalətindəki bir kənddə yerli rəhbər Xionq Deçanq bir ovuc buğda oğurlayan uşağın atasına dəhşətli əmr verir: ata oğlunu diri-diri basdırmalı idi. Bu hadisədən bir neçə gün sonra ata oğlunun dərdinə dözməyib ölür".

"Böyük sıçrayış" dövrü haqda əsas faktlar uzun müddət alimlərə məlum olub. Ancaq Dikötterin araşdırmaları qurbanların sayının təxmin edildiyindən də çox ola biləcəyini göstərir və kütləvi qətillərin Mao və tərəfdarlarının əli ilə əvvəlcədən düşünülərək, qurbanların böyük hissəsinin edam edilərək, işgəncə verilərək, yaxud da sadəcə ac qoyularaq öldürüldüyünü ortaya çıxarır.

"Böyük sıçrayış"ın dəhşətləri ekspertlər tərəfindən yaxşı öyrənilsə də, Çinin hüdudlarından kənarda sadə adamlar tərəfindən çox az hallarda yada salınır.

Tarix
2016.08.08 / 08:49
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Bu şirkətlə sıx işləyəcəyik - Prezident

İlham Əliyev Vaşinqtona dəvət edildi

Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...

Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılır

Hakan Fidan Arakçı ilə müzakirə apardı

Baş nazirə etiraz edib, vəzifədən istefa vermişdi... - Dosye

Zərbələr nəticəsində rus neftinin emalı 19 faiz azalıb - Sırski

Azərbaycan heç zaman görünmədiyi qədər... - Prezident

Vens İrəvanda bəyan etdi: TRİPP fondu yaradılacaq

Vensin səfəri ərəfəsində sizin gəlişiniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla