Yuxarı

Putin-Sərkisyan görüşü - Qarabağ müzakirədə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin-Sərkisyan görüşü - Qarabağ müzakirədə

Putin-Sərkisyan görüşündə əsas müzakirə predmeti Qarabağ münaqişəsinin həlli olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Putinin Sərkisyanı Moskvaya dəvət etməsinin səbəblərini açıqlayıb:

"Ermənistanda baş verənlər ermənilərin son məğlubiyyəti və Qarabağ münaqişəsi üzrə vəziyyətin gərgin olaraq qalmasından irəli gəlir. Regionda vəziyyət dəyişilir. Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü ilə yeni formatın təşkil olunması, eyni zamanda, bu ərəfədə Rusiya-Türkiyə yaxınlaşması mühüm hadisələrdir. Belə bir şəraitdə isə Dağlıq Qarabağ münaqişəsinin bu vəziyyətdə qalması Rusiyanın maraqlarına uyğun deyil. Moskva bu məsələdə müəyyən tərəqqiyə nail olmaq istəyir. Ancaq Ermənistan hakimiyyətinin mövqeyi buna imkan vermir. Görünür, Putin də məhz bu vəziyyəti aradan qaldırmaq üçün Sərkisyanı Moskvaya dəvət edib".

İ.Vəlizadənin sözlərinə görə, Putin Moskvada Dağlıq Qarabağla bağlı Sərkisyanın qarşısına bir neçə konkret şərt qoyacaq:

"Belə ki, tezliklə danışıqlar prosesinin yeni formasını müəyyənləşdirmək üçün Ermənistandan öz mövqeyində dəyişiklik etməsi tələb olunacaq. Sərksiyanın buna nə dərəcədə hazır olub-olmadığını deyə bilmərik. Ancaq bu dəfə yumşaq formada olsa da, Moskvadan İrəvana təzyiq gözləmək olar".

Qeyd edək ki, Serj Sərkisyan Vladimir Putinin dəvəti ilə avqustun 10-da Moskvaya səfər edəcək.

Tarix
2016.08.08 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla