Yuxarı

Məktəb çantaları necə olmalıdır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislər uşaqların inkişaf dövrlərində uyğun olmayan çantalardan istifadənin gələcəkdə ciddi sağlamlıq problemləri yarada biləcəyi barədə xəbərdarlıq edir. Bəs yaxşı məktəb çantası necə olmalıdır?

Deyerler.org xəbər verir ki, ideal çanta seçimi sağlamlıq üçün çox mühümdür. Xüsusilə şagirdlərin məktəbə gedərkən istifadə etdikləri çantaların seçimi ciddi əhəmiyyət kəsb edir. Çünki uşağa çanta alanda edilən səhv bir seçim uşaqların qamәtindә pozulmalara və ağrılara səbəb ola bilәr.

Ortopediya və travmatologiya üzrə ekspertlər bel, boyun, kürək, bel ağrıları, qamәt qüsurları, əldə keyimə və s. kimi şikayətlərimizin səbəbinin istifadə etdiyimiz çantalardan ola biləcəyini qeyd edirlər.

Çiyin çantaları: Ağır çanta əldə və ya çiyində tək tərəfli daşınarsa, onurğanın quruluşu üzərində xroniki əlilliklə nəticələnə və ömür boyu narahatçılıqlara səbəb ola bilər.

Böyük vә ağır çiyin çantaları çiyinin vətərlərində şiş və müəyyən vaxtdan sonra yırtıqlara səbəb olaraq, çiyin ağrısı yarada bilər.

Ağır çanta tək çiyinə taxılanda bədənin ağırlıq mərkəzini tarazlaşdırmaq üçün gövdə və onurğa bir tərəfə və ya önə doğru (donqar) əyilməyə məcbur olur. Ağır çanta əldə və ya çiyində təktərəfli daşınırsa, onurğanın zәdәlәnmәsinә qədər gәtirib çıxaran narahatçılıqlara səbəb ola bilər. Ağır tək tərəfli çiyin çantasının daşındığı vaxt boyun əzələlərində gərginlik, boyunda ağrı və gərginlik, baş ağrısı yarana bilər. Fəqərə sümükləri, onurğa oynaqları və sümüklərin arasında qığırdaqlar həddindən artıq və səhv daşınan yük səbəbilə zərərlə üzləşə bilər. Qığırdaq toxumaları qan dövranı və damarları olmayan toxumalardır vә oynaqlardan gәlәn mayedən qidalanırlar. Bunun üçün də həddindən artıq yükə məruz qalmaları strukturlarının pozulmasına, tez sıradan çıxmasına və qocalmasına səbəb olur.

Ağır, nəzik qayışlı çiyin çantaları çiyin hissəsindən əl və qola gedən damar və sinirlərə təzyiq edərək ağrı və keyiməyə səbəb ola bilər.

Bel çantaları: Ağır və ya uyğun olmayan bel çantaları bel, boyun və çiyin ağrısına səbəb ola bilər. Xüsusilə inkişaf dövründəki uşaqların uyğun olmayan çantalardan istifadə etməsi, bu uşaqlara gələcəkdə xroniki sağlamlıq problemləri yarada bilər. Bel çantanız ümumi çəkinizin 15%-ni keçməməlidir. Qayışları sərt və dar, ya da çox zəif olmamalıdır. Nazik kəməri olan çantalar çiyinlərin müəyyən nöqtəsinə həddindən artıq təzyiq etməsi nəticəsindә qolların damarlarına və sinirlərə təzyiq edərək ağrı və keyiməyə səbəb olurlar. Bərk qayışlar bel, boyun və kürəyinizdəki bağ toxumasına zərər verir. Məktəb yaşlı uşaqlarında bel, boyun, çiyin ağrısı və qamәtin pozulmasının səbəbi kimi ağır bel çantaları ola bilər.

Çanta ağırlaşdıqca və daşıma müddəti uzandıqca boyun önə doğru əyilir və bədəndə yüklər düzgün paylanmır!

Bel çantası tək tərəfli daşınanda isə "skolioz" adlandırılan onurğanın yana əyriliklərini artıra bilər. Ağırlığın bir tərəfli qaldırılması, hәmin hissəyə olan təzyiqi iki dәfә çox artıracaq, vә hәmöin nahiyәdә yaranacaq deformasiyalar şikəstlik təhlükəsini artıracaq. Bundan başqa, boyartmanın sürətlə getdiyi dövrdə birtərəfli yüklənmə onurğada yana əyriliklərə (skolioz) səbəb ola bilər.

Çantanı çiyində daşımağa üstünlük verənlər uzun müddət bir tərəfdə daşımaq əvəzinə yer dəyişdirmə ilə istifadə etsələr yaxşı olar!

Bəs məktəb çantaları necə olmalıdır?

Çanta qayışları: Çantanın ağırlığının orqanizmə balanslı və bərabər paylanması üçün qayışlar yumşaq və bərabər uzunluqda olmalıdır. Sərt çiyin qayışları çiyin əzələlərinə zərər vuraraq, ağrı səbəb ola bilərlər. Dar, sərt və incə olan çiyin qayışları qollara gedən damar və sinirlərə təzyiq edərək, qollarda ağrı, keyiməyә səbəb ola bilər. Çiyin qayışları geniş və ortopedik olan çantalara üstünlük verilməlidir. Nazik və ortopedik olmayan qayışlar yüklənəndə çiyinlərə təzyiq edərək, altındakı çiyin oynağında və çiyin-kürək əzələlərində əzilmə və ağrıya səbəb olurlar.

Çantanın bel hissəsi: Bel hissəsi ortopedik qaydada olan çantalara üstünlük verin. Bu tip çantalar ağırlığın doğru paylanmasını təmin edir və ayaq üstə durmağı asanlaşdıran bir dayaq nöqtəsi yaradır.

Çantanın ağırlığı: Çantasının boş çəkisinin də yüngül olmasına diqqət edilməlidir. Çantanın dolu çəkisi bədən çəkisinin orta hesabla 10-15 %-i qədər olmalıdır. Bu nisbət ibtidai sinif uşaqlarında 3-4 kq, digər uşaqlar da isə orta hesabla 5-8 kq arasında olmalıdır.

Məktəb çantalarından düzgün necə istifadə etmək olar?

Bel çantaları və içindəki çəkilərin ümumi uşağın bədən çəkisinin 10-15%-dən az olmalıdır.

Ağırlıq çanta içərisində uyğun paylaşılmalı və daha ağır əşyalar kürəyə və belə yaxın ciblәrә qoyulmalıdır.

Bel çantaları uzun müddət daşınmamalıdır, uzun müddət ayaqda qalınarsa, çıxarılmalıdır.

Ortopedik/erqonomik yəni, iki geniş və dəstəkli çiyin qayışı və bel kəməri olan yüngül çantalara üstünlük verilməlidir.

Bel çantası hər iki çiyin qayışından asılaraq düzgün şəkildə daşınmalıdır.

Ağır çantalarda bel-oma qayışı da istifadə edilməlidir; qayışları geniş və yumşaq çantalara üstünlük verilməlidir.

Bel çantasının hər iki qayışı birlikdə istifadə edilməlidir və belin 5 sm yuxarısında möhkəm bir formada qoyularaq tənzimlənməlidir.

Həkimin təklif etdiyi bel əzələlərini inkişafetdirici məşqlərin edilməsi təmin edilməlidir.

Təkərli kürək çantalarına üstünlük verilməlidir.

Şagirdlərin məktəbdə qıfıllı dolabları olmalı, evə yalnız ehtiyacları olanları gətirməlidir.

Müəllimlər və valideynlər ağır çanta və ağır kitab daşımaq problemini danışmalıdırlar.

Bütün kitabları daşımaq əvəzinə, yalnız hissələrin surəti çıxarıla bilər.

Valideynlər çantada təmizliyә nəzarət etməli və ehtiyac olmayan materialları çantadan çıxarmalıdır.

Uşaq tez-tez bel ağrısından şikayət edirsə, həkimilə mütləq danışılmalıdır.

Tarix
2016.08.23 / 23:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla