Yuxarı

Son 11 ilin ən isti avqustu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu il 2006-cı ildən bəri ən isti avqust ayı müşahidə edilir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Sabah da ölkə ərazisində belə isti hava şəraitinin gözlənildiyini deyən M.Həsənov qeyd edib ki, avqust ayında bu cür yüksək temperatur 1992-ci ildə, sonuncu dəfə isə 2006-cı ildə müşahidə edilib:

"Ancaq həmin istilər bu ilki istilər kimi olmayıb. Bu ilki avqust yüksək temperatura görə ötən ilki avqust aylarından daha çox seçilir".

M.Həsənov bildirib ki, bu il avqust ayında davamlı istilər müşahidə olunub:

"Bu il Azərbaycanda yayın isti dövrləri uzanıb. Elə illər olur ki, həmin illərdə 1-2 gün ardıcıl isti olur. Bu il isə avqustun 15-dən havanın temperaturu yüksəkdir və hələ də yüksək temperatur davam edir. Həmin gündən başlayaraq, gündəlik temperatur 36-37 dərəcədən aşağı düşməyib. Gündüz əsasən, 40-42 dərəcə isti qeydə alınıb. Bu il hətta dağlıq ərazilərimizdə də temperatur yüksəkdir. Məsələn, Şəkidə temperatur 36-37 dərəcədir. Bu il istilərin 10 gün davam etməsi bir qədər gözlənilməz haldır".

Azərbaycanda isti hava şəraiti davam edəcək

M.Həsənov bu il avqust ayının daha isti keçməsini ölkədə isti hava kütlələrinin davamlı olması və kənar hava kütlələrinin buraya daxil ola bilməməsi ilə izah edir:

"Ölkəmizdə cənub hava kütləsi ilə şərqdən gələn hava kütləsi bir-birini əvəz edir. Bunların hər ikisi də isti hava kütləsidir. Əgər 3-4 gün hava isti olsaydı və bundan sonra da ölkə ərazisinə şimal, yaxud qərb hava kütləsi gəlsəydi, belə isti havalar olmazdı. Temperaturun düşməsi üçün Azərbaycan ərazisinə ya qərbdən, ya da şimaldan hava kütləsi gəlməlidir. Şərqi Avropa üzərində bir qədər soyuq siklon yaranıb. Amma bu da hələ o demək deyil ki, bu hava kütləsi bizim ərazimizə gələcək".

M.Həsənov avqustun 26-27-dən ölkədə havanın nisbətən sərinləşəcəyinin ehtimal edildiyini bildirib.

Tarix
2016.08.25 / 09:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla