Yuxarı

Oğru: "Gənclər bu yolu seçməsinlər"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir polisi oğurluq edən şəxsi saxlayıb.

EL TV (Region TV) xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 il ərzində oğurluq əməlləri ilə məşğul olan Kürdəmirin Xırdapay kənd sakini 28 yaşlı Vasif Nəsirov tutularaq istintaqa cəlb olunub.

İstintaq zamanı məlum olub ki, V.Nəsirov 2013-cü ildən etibarən törətdiyi oğurluq əməlləri ilə əcnəbi və yerli vətəndaşlara xeyli maddi ziyan vurub.

Saxlanılan şəxs 2013-cü ilin 25 yanvar tarixində Xırdapay kəndində kirayədə qalan Amerika Birləşmiş Ştatlarının vətəndaşı Mee Herin müvəqqəti yaşadığı evdən gizli yolla ümumi dəyəri 500 dollar olan noutbuk, data-kart, fotokamera və yaddaş blokunu oğurlayıb.

Şübhəli şəxs qismində tutulan V.Nəsirov bu cinayəti törətdiyini etiraf edib. İstintaqın gedişində onun digər bu kimi əməlləri də üzə çıxıb: "Gənclərə arzu edirəm ki, bu yolu seçməsinlər. Çox pis yoldur. Mən eləmişəm, peşman olmuşam. İstəmirəm ki, onlar da edib peşman olsunlar".

Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs ötən ilin dekabrında Xırdapay kənd sakini Zahid Zərbalıyevə məxsus "Qəbir daşı" sexindən elektrik generatoru və su nasosunu oğurlayıb. Bu ilin yanvar-fevral aylarında isə o, Xırdapay kəndinin digər sakinləri - Seymur Bünyətov və Şirməmməd Abdürrəhmanova məxsus obyektlərdən gizli yolla apardığı əşyaları satıb.

Hazırda həmin faktlarla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxs əvvəllər də oxşar əməlinə görə məhkumluq həyatı yaşayıb.

Tarix
2016.08.26 / 22:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla