Yuxarı

Kürəkən qayınatadan belə qisas aldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə və Bakının bir neçə rayonunda eyni üsulla oğurluq baş verib.

Axar.az Region TV-yə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Elnur Aslanov və Ağcabədi sakini Rəşad Xəlilov Bakıxanov qəsəbəsində yerləşən kafelərdən birində yaxalanıblar.

Onlar açarseçmə üsulu ilə 9 mənzilin qarət olunmasında təqsirli bilinirlər. Saxlanılan şəxslərdən E.Aslanov dindirilmə zamanı günahını etiraf edib:

"Binəqədi, Nəsimi və Sabunçu rayonlarında, bir mənzili də Gəncədə yarmışıq".

Gəncədə qarət olunan mənzil Elnurun qayınatasının evi olub. Bir neçə il bundan əvvəl qayınata kürəkənlə şərikli maşın alıb. Arada yaranan narazılıqdan sonra isə qayınata mülki etibarnaməni ləğv edib.

Saxlanılan şəxsin sözlərinə görə, taksi ilə Gəncəyə gediblər. Evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra Elnur kustar üsulla hazırlanmış açarlarla qapını açıb. Hər şey də ondan sonra baş verib:

"Açdı qapını, dedi gəl bura. Artıq içəridə idi. Mənə bir bağlama verdi, boyunbağı idi. Sonra da qızıllar vardı. Şəhərə qayıdıb qızıl boyunbağını 5400 manat satdı. Qızılları neçəyə satdığını bilmirəm".

Bu şəxslərin bir neçə oxşar cinayətlərdə iştirak etdiyi istisna olunmur. Araşdırmalar davam edir.

Tarix
2016.08.27 / 12:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla