Yuxarı

"Prezident" oteli separatçılardan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı rejimlərin sentyabrın sonunda Rusiya paytaxtında keçiriləcək toplantısının yeri dəyişdirilib.

APA-nın əldə etdiyi məlumata görə, Rusiya Prezident Administrasiyasının İşlər İdarəsinin balansında olan "Prezident" oteli məlum toplantını keçirməkdən imtina edib.

"Millətlərin dialoqu. Öz müqəddəratını təyinetmə hüququ və çoxqütblü dünyanın inşası" adlı II beynəlxalq konfransın təşkilatçısı olan Rusiya Antiqlobalist Hərəkatından verilən məlumata görə, tədbir sentyabrın 25-də Moskvadakı "Ritz-Carlton" otelində keçiriləcək. Məlumatda toplantının yerinin dəyişdirilməsi konfransa olan böyük maraq və iştirak üçün çoxsaylı müraciətlərin olması ilə izah edilib. Bundan başqa, məlumatda konfrans iştirakçılarının siyahısı da göstərilib. Əvvəlki siyahıdan fərqli olaraq, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya separatçıları iştirakçılar arasında qeyd olunmayıb. Lakin Antiqlobalist Hərəkatından bildirilib ki, yaydıqları son press-relizdə qondarma Dağlıq Qarabağ rejiminin adı iştirakçılar siyahısından çıxarılsa da, onların nümayəndələrinin tədbirdə iştirakı gözlənilir.

Konfransda Texas, Kaliforniya, Havay, Puerto-Riko, İrlandiya, Kataloniya, İtaliya, Qərbi Saxara, Donets və Luqansk nümayəndələrinin iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, konfransın keçiriləcəyi "Ritz-Carlton" mehmanxanası əslində "Prezident"dən çox kiçikdir. "Prezident" Moskvanın ən böyük otellərindən biri hesab olunur. Ona görə də təşkilatçının konfransın yerinin dəyişdirilməsi ilə bağlı göstərdiyi səbəb inandırıcı deyil.

Tarix
2016.09.22 / 19:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla