Yuxarı

Balkan böhranı: Ölkə parçalanma ərəfəsində

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya Serb Respublikasına qarşı istənilən əməliyyat bizim Bosniya və Herseqovina konfederasiyasından ayrılmağımıza səbəb olacaq.

Axar.az xəbər verir ki, bunu "Sputnik" agentliyinə açıqlamasında Bosniya Serb Respublikasının rəhbəri Milorad Dodik söyləyib.

Onun sözlərinə görə, Bosniya Serb Respublikası rəsmi Sarayevoya qarşı öz haqlarını sona qədər müdafiə edəcək:

"Bizim özümüzü qorumaq üçün hər şeyimiz var. Bizə qarşı güc tətbiq olunsa, həmin an Bosniya və Herseqovina konfederasiyasının tərkibindən çıxacağıq".

Qeyd edək ki, son günlər Bosniya Serb Respublikasının rəsmi Sarayevo ilə münasibətləri pisləşib. Respublikanın lideri olan Dodik daha çox Rusiyaya meyilliliyi ilə seçilir. Sentyabrın 23-də onun Moskvaya səfəri gözlənilir.

Bosniya və Herseqovina konfederativ dövlətdir. Bu ölkənin əhalisinin əksər hissəsini boşnaklar, xorvatlar və serblər təşkil edir. Bosniya və Herseqovina konfederasiyası öz tərkibində Bosniya və Herseqovina Federasiyası və Bosniya Serb Respublikasını birləşdirir.

Tarix
2016.09.23 / 08:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla