Yuxarı

Firəngiz Əlizadə Rusiyada sədr oldu

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Andrey Petrov adına bəstəkarların beynəlxalq müsabiqəsinin münsiflər heyətinə rəhbərlik etmək üçün Sankt-Peterburqa dəvət edilib. Müsabiqənin münsiflər heyətində A.Knayfel, L.Desyatnikov, P.Karmanov, D.Yanov-Yanovski, A.Karalyov və İ.Drux kimi məşhur bəstəkarlar yer alıb.

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Tarixi Dövlət Filarmoniyasının böyük zalında keçirilən bağlanış mərasimində F.Əlizadə çıxış edərək Rusiya və Azərbaycan arasında dərin köklərə malik, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi korifeylərin əməyinə söykənən dostluğun əhəmiyyətindən danışıb.

"Bu gün biz – Şostakoviçin sevimli tələbələri olan Qara Qarayevin və Cövdət Hacıyevin tələbələri xalqlarımız arasında mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində apardığımız işlərdə onların ideyalarına və nailiyyətlərinə söykənirik", - deyə F.Əlizadə qeyd edib.

Onuncu yubiley müsabiqəyə 12 ölkədən 108 partitura göndərilib. İqor Drux "Betelqeyze" əsəri ilə sözügedən müsabiqənin qalibi olub. Simfonik musiqi üzrə laureat adına "Vulkan" simfonik lövhəsi ilə İsveç bəstəkarı David Ribe, "İnfiniti" əsəri ilə kanadalı Nurulla Xoca, həmçinin "Palladium" fortepiano konserti ilə Sankt-Peterburqdan Artur Vavel layiq görülüblər. Müsabiqənin laureatlarının əsərləri Dövlət Filarmoniyasının böyük zalında məşhur dirijor, Rusiyanın Əməkdar İncəsənət Xadimi Arkadi Şteynluxtun idarə etdiyi Şostakoviç adına Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə ifa olunub.

Finalçıların əsərlərindən başqa orkestrin musiqiçiləri A.Petrovun "Dünyanın yaranması" baletindən süitanı, həmçinin F.Əlizadənin "Nağıllar" simfonik poemasını ifa etməklə dinləyicilərin zövqünü oxşayıblar.

Tamaşaçılar bəstəkar Firəngiz Əlizadəni böyük coşqu ilə salamlayıb, onun gözəl musiqisindən, həmçinin rəhbərlik etdiyi münsiflər heyətinin işindən məmnunluq duyduqlarını bildiriblər.

Firəngiz Əlizadə artıq ikinci dəfədir Rusiya Mədəniyyət Nazirliyinin, Sankt-Peterburq Hökuməti Mədəniyyət Komitəsinin və A.P.Petrov Fondunun birgə təşkil etdiyi və Rusiyada böyük nüfuza malik, həmçinin bəstəkarlar arasında keçirilən yeganə beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri olur.

Qeyd edək ki, F.Əlizadə dəfələrlə ABŞ, Çexiya, Almaniya, Avstriya və başqa ölkələrdə keçirilən bəstəkarların, həmçinin pianoçuların çoxsaylı beynəlxalq müsabiqələrinin münsiflər heyətinə dəvət edilib.

Tarix
2016.09.23 / 21:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla