Yuxarı

İlham Əliyev Çili nümayəndə heyəti ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranı qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın bu səfərinin uğurlu olacağına və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Azərbaycan ilə Çili arasında əlaqələrin o qədər də fəal olmadığını deyən Prezident İlham Əliyev münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq xalqlarımızın bir-birilərini tanımalarının vacibliyini qeyd edib. Dövlətimizin başçısı bunun həm də iqtisadi və digər sahələrdə də əməkdaşlığın fəallaşdırılması işinə yaxşı imkan yaradacağını deyib. Beşinci Bakı Beynəlxalq Humanitar Forumuna dünyada çox böyük marağın olduğunu deyən Prezident İlham Əliyev Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın Forumda iştirakının önəmini qeyd edib.

Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyra ölkəsinin xarici işlər nazirinin Azərbaycanın son illərdə beynəlxalq aləmdə nüfuzunun və hörmətinin artdığı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə onlara məlumat verdiyini deyib və Çilinin münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. İvan Barros Moreyra ölkəsinin xarici işlər naziri ilə həmçinin Azərbaycanın iqtisadi imkanlarına dair söhbət etdiyini də diqqətə çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Tarix
2016.09.28 / 15:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla