Yuxarı

Ukrayna baş prokuroru Zakir Qaralova zəng etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkəsində azərbaycanlılara qarşı törədilmiş cinayət hadisələri ilə bağlı ona ünvanladığı məktuba cavab olaraq Azərbaycanın baş prokuroru Zakir Qaralova zəng edib.

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, telefon danışığı zamanı baş prokurorlar bu sahədə atılacaq birgə addımları müzakirə ediblər.

Ukraynanın baş prokuroru azərbaycanlı həmkarına söz verib ki, qısa müddət ərzində zərərçəkənlərin yaxınlarını, azərbaycanlı icma rəhbərlərini qəbul edəcək.

Səfirlikdən Ukraynada azərbaycanlıların oğurlanmaları və hücuma məruz qalmalarına etiraz olaraq sentyabrın 14-də bu ölkənin Daxili İşlər Nazirliyi (DİN) qarşısında keçirilən aksiyadan sonra Ukraynada azərbaycanlıların oğurlanması faktının qeydə alınmadığı bildirilib: "Avqust ayında bir nəfər oğurlanmışdı ki, o da sonra sərbəst buraxılıb. Bundan başqa, hələlik azərbaycanlıların oğurlanması halı qeydə alınmayıb".

Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülmməmədov isə bildirib ki, Daxili İşlər naziri Arsen Avakov DİN qarşısında etiraz aksiyası keçirən azərbaycanlıların tələblərinə hələ də reaksiya verməyib. Aksiya iştirakçılarına yaxın iki gündə rəhbərlik tərəfindən qəbul ediləcəkləri bildirilsə də, heç kim onları qəbul etməyib.

Qeyd edək ki, sentyabrın 16-da Azərbaycanın baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin baş prokuroru Yuri Lutsenkoya müraciət edib.

Tarix
2016.09.29 / 16:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla